Helikopter qəzasında şəhid olanların vərəsələrinə sığorta ödənişləri ediləcək
6-12-2021, 15:52
63

Helikopter qəzasında şəhid olanların vərəsələrinə sığorta ödənişləri ediləcək

“Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.
Bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib. O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
“Bildiyiniz kimi 30 noyabr tarixdə Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır:
“Müvafiq Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.
Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.
Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.
Elmar Mirsalayev onu da bildirib ki, 16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb:
“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”.

Oxşar xəbərlər

Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir
Şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
İlham Əliyevdən şəhid ailələri ilə bağlı FƏRMAN
Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Rəsmi
Hərbçilərin sığortası ilə bağlı layihə I oxunuşda qəbul edildi
İlham Əliyevdən yeni FƏRMAN
Dövlət başçısı bu nazirliyə yeni vəzifələr verdi
Helikopter qəzasında həlak olan baş leytenantın FOTOSU
Erməni işğalının sığorta bazarımıza vurduğu ziyan
Sabah parlamentdə büdcə müzakirəsi davam edəcək
Həlak olan hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
Milli Məclisin növbəti iclasnın gündəliyi - SİYAHI
İndoneziya səfirliyi Azərbaycana başsağlığı verib
Deputatlar bu gün 24 məsələni müzakirə edəcək
Helikopter qəzasında yaralanan sərhədçilərdən XƏBƏR VAR
Milli Məclisin növbəti iclas vaxtı və gündəliyi açıqlandı
Bu gün Milli Məclisin iclası var
Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI
Mustafa Şentop Azərbaycana başsağlığı verdi
“Azərbaycanlı qardaşlarımızın başı sağ olsun” - Binəli Yıldırım
Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
MÜJDƏ: I Qarabağ Müharibəsi qazilərinə sığorta haqqı VERİLƏCƏK - Zaman açıqlandı
Milli Məclis bu gün 12 məsələyə görə TOPLAŞIR
Hərbçilərin “qanpulunu” yeyənlər… - HARA GEDİRİK?
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub - Gündəlik
Prezident qanunu təsdiqlədi: Yanvarın 1-dən...
Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI