Saleh Rüstəmli quru aclığa başlayıb – Vəkilindən AÇIQLAMA
6-12-2021, 16:50
66

Saleh Rüstəmli quru aclığa başlayıb – Vəkilindən AÇIQLAMA

Gədəbəyin həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmli 31 gündür ki, aclıq aksiyası keçirir.
Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov onun son vəziyyəti ilə bağlı Yeniavaz.com-a danışıb.
Vəkil bildirib ki, Saleh Rüstəmlinin vəziyyəti daha pisdir:
“Onu ən son bu gün səhər görmüşəm. Artıq quru aclıq etdiyindən vəziyyəti daha da pisləşib”.
B.Bayramov Amnistiya Aktının S.Rüstəmliyə şamil olunub-olunmamasına da münasibət bildirib:
“Qanunvericilikdə ağır cinayət törədənlərə Amnistiya Aktı yalnız cəzasının 6 ayı qaldıqda şamil edilir. Saleh Rüstəmlinin isə daha çox cəza çəkmə müddəti qalıb. Ona görə cari akt ona şamil olunmayacaq”.
Vəkil  bildirdi ki, S.Rüstəmliyə yönəldilən ittihamların əsassız olduğuna dair əllərində sübutlar da var:
“Saleh Rüstəmlinin bir neçə banka külli miqdarda borcu var. Bundan əlavə yaşadığı mənzildən belə gəlir əldə etmək üçün istifadə edir. Belə vəziyyətdə olan bir şəxs necə çirkli pulların yuyulmasında ittiham oluna bilər?!”.
B.Bayramov həmçinin bildirdi ki, S.Rüstəmlinin səhhəti ilə əlaqədar azadlığa buraxılması ilə bağlı Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər. Lakin ərizəyə baxılıb-baxılması ilə bağlı heç bir məlumatı yoxdur.
Qeyd edək ki, qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə təqsirləndirilən Saleh Rüstəmli 28 fevral 2019-cu ildə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 1-də onun azadlığa buraxılması tələbilə Bakının mərkəzində etiraz aksiyası keçirilib.

Oxşar xəbərlər

Üç ay komada qalan hərbçimiz şəhid oldu - FOTO
Əfv edilənlərdən dördü cəbhəçidir
"Amnistiya 17 min nəfərə şamil olunacaq" - Nazirlik
Əfqanıstanın vitse-prezidenti ölkəsini tərk etmədiyini bəyan edib
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
Zəfər Gününə böyük amnistiya gəlir - bu cərimələriniz silinə bilər (VİDEO)
Amnistiya Aktı neçə yeniyetməyə şamil olunacaq?
Amnistiya aktının icrasına başlandı - RƏSMİ
Azərbaycanda əsgəri öldürərək qaçan və "Taliban"a qoşulan şəxsə ömürlük cəza verildi - MƏHKƏMƏ
Həbsdə olan 24 qadın azadlığa buraxıldı
Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq
Amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
Məşğulluq Mərkəzinin direktorunun cinayət işi məhkəməyə göndərildi
Hüseyn Abdullayev aclıq aksiyasını dayandırdı - Vəkilindən AÇIQLAMA (YENİLƏNİB)
İndiyədək Amnistiya Aktı nə qədər məhkuma şamil olunub? - RƏSMİ
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısından XƏBƏR VAR
Amnistiya kimlərə şamil ediləcək?
Tofiq Yaqublunun vəziyyəti pisləşdi - Qan köçürülür
Tokio-2020: Paralimpiyaçımız finalda!
Tofiq Yaqublunun vəziyyəti kritikdir
Ramin Hacılı həbsxanada 8 gündür aclıq edir: “Vəziyyəti ağırdı”
58 yaşında hüquq diplomu alan Saleh Məmmədovun  YOL-u-20 yaşlı oğlu Londonda mülkləri hansı pulla alır ?
Saakaşvili 7 gündür aclıq aksiyası keçirir - "Həyati təhlükəsi var"
Amnistiya Aktı 15 minədək məhbusu əhatə edəcək
Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika AÇIQLANDI
Koronavirusa yoluxan Mahir Quliyevin vəziyyəti necədir?
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
ADPU-da imtahan, kəsir, qayıb qiymətlərinin biznesi…- Cəfər Cəfərovun imtahan biznesi...
"Qani Əfqanıstanda yaşaya bilər" - "Taliban" nümayəndəsi