“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim”
6-12-2021, 18:00
67

“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim”

Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun dələduzluq əməlləri ilə bağlı detallar məlum olub.

"Qafqazinfo” R.Nəcəfovun əməllərinin qurbanı olan şəxslərdən biri ilə əlaqə saxlayıb. Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşını aldadaraq onları Təhsil Nazirliyində işə düzəltmək, xarici jurnallarda məqalə dərc etdirmək və digər vədlərlə aldadıb.

AMEA-nın adının çəkilməsini istəməyən əməkdaşı qeyd edib ki, təxminən bir il öncə R.Nəcəfov ondan 3000 manat alıb: "Dedi ki, məqalələrim xarici nüfuzlu jurnallarda dərc olunacaq. Sonra öyrəndim ki, bu vədə inanan nə ilk, nə də son adamam. 40-dan çox adamı mənim kimi aldadaraq pulunu mənimsəyib”.

Belə ki, 3 ilə yaxındır bu işlə məşğul olan R.Nəcəfov zərərçəkmişləri müxtəlif vədlərə inandırıb. Məlumata görə, o, pul götürdüyü şəxsləri Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağına inandıraraq onlardan pul tələb edib. Zərəçəkmişlərdən birinin sözlərinə görə, o, Rahil Nəcəfova 3, digərinin sözlərinə görə isə diplomların tanınması və nazirlikdə işə düzəlmək üçün 30 min manatdan çox pul verib. Onlara verilən vədlərin yalan olduğunu biləndə isə Rahil Nəcəfovun əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

R.Nəcəfova 30 min manat verən qadın bildirir ki, ona işə düzəldiyinə dair vəsiqə verib: "Dedi ki, guya məni Təhsil Nazirliyində işə düzəldib. Sənədin digər üzündə mənim adım, soyadım və fotom var. Sonra bir dəfə banka yaxınlaşdım və sənəd kimi bu kağızı təqdim etdim. Orada açıb baxdılar ki, adım hansısa bir jurnalda kuryer kimi gedir. 10 il Ukraynada universitetdə müəllim işləmiş adamın adı indi kuryer kimi getsin. Məhz bu sənədə görə mən ona 6 min manat pul vermişdim".

Daxili İşlər Nazirliyi Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub./Qafqazinfo

 
 


 


Oxşar xəbərlər

Sabiq şöbə müdiri insanları Milli Məclisdə işə düzəltmək adı ilə aldadıb
“91-lər”in məşhur nümayəndəsi vəfat etdi
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Baş nazirdən QƏRAR: bu şəxslərə 265 manat vəsait ödəniləcək
Təhsil Nazirliyində yeni təyinat olub
Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ - İTTİHAM
İranlı iş adamı azərbaycanlı şərikini öldürmək üçün cinayətkar dəstəyə sifariş verib - VİDEO
Göygöldə Şəhidin statusu ailəsindən xəbərsiz ləğv edilib - NARAZILIQ!
Şəhid ailəsinə qarşı 10 min manatlıq DƏLƏDUZLUQ
100-dən çox tələbənin təhsil haqqını mənimsəyən şöbə müdiri şantaj edir - Rektordan etiraf
Sumqayıtda kollec direktoru Mətanət  Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
Nazir iki idarə rəisi TƏYİN ETDİ
Ramiz Mehdiyev təkzib etdi
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı - SƏRƏNCAM
AMEA-da iki şöbə müdiri və elmi katib vəzifəsindən azad edildi
Biləsuvarda rüşvətsiz iş keçmir... - GİLEY
EMIN ƏMRULLAYEVIN MƏKTƏB DIREKTORU “MAKLERLIK EDIR”- ŞOK FAKTLAR
Türkiyədə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçiriən qayınana və gəlini saxlanılıb
Dələduzluq yolu ilə vətəndaşlardan 45 min manat alan şəxs saxlanılıb
Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib
"Saxta əlillik" düzəltmək istəyən iki nəfər HƏBS EDİLDİ
“Əlil Qadınlar Cəmiyyəti” sədrinin 1 milyon pulu mənimsənildi
Bu tələbələrin təqaüdləri artırıldı - Prezidentdən SƏRƏNCAM
“Yay məktəbi”nə hazırlıq davam edir - Video
Elmlər Akademiyası ləğv olunur? - “Dövlət başçısının gözləntilərini doğrultmur“
Nazir Xalq artistinin həyat yoldaşının yerinə onu TƏYİN ETDİ
Keçmiş polis mayoru dələduzluqla məşğuldur-ŞOK İDDİA