Qaraheybətdə şəhid olan Ceyhunun atası: "Nişanlanacağı barədə yayılan xəbərlər yalandır"
6-12-2021, 18:15
78

Qaraheybətdə şəhid olan Ceyhunun atası: "Nişanlanacağı barədə yayılan xəbərlər yalandır"

Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.
Şəhid olan 14 hərbçidən biri də tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur. Ölümündən sonra haqqında "iki gün sonra nişanı" olacaqdı deyə, ürəkləri dağlayan şəhidimiz. Amma sən demə, C.Əmədxanovun nişanlanacağı ilə bağlı məlumatlar doğru deyilmiş...
Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov oğlu haqqında Modern.az-a danışıb.
X.Əhmədxanov deyib ki, Ceyhunun uşaqlıq arzusu həkim olmaq idi:
"Uşaqlıqda ən böyük arzusu həkim olmaq idi. Tibb Universitetində və Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 33 yaşı var idi, ailə qurmamışdı. Kaş ailə qurmuş olaydı, kaş balası olaydı, heç olmasa, Ceyhunun qoxusunu ondan alaydım. İndi özümü ovunduracaq təsəlli də tapmıram.
Onun da ömrü bitdi, bizim də... Ailədə şən uşaq olsa da, ciddi görünüşlü idi.
Ağıllı, savadlı uşaq idi mənim balam. Həkim olmaq uşaqlıq arzusu idi. Vətənə olan sevgisindən isə hərbi həkim olmaq istədi. Arzuları o qədər idi... Bizim də ona sonsuz arzularımız var idi. Ceyhundan başqa bir övladım var, hər ikisini halal zəhmətimlə böyütmüşdüm. Heyif görmədim balamın bəhrəsini".
Ceyhun Əhmədxanov hər gün olduğu kimi, səhər yuxudan oyanıb işə hazırlaşıb:
"Səhər-səhər anası işə gedib, arxasınca da Ceyhun gedib. Kefi yaxşı idi, təlimə gedəcəyini bilirdik. Nə biləydik, Ceyhunun son çıxışıdır evdən".
X.Əhmədxanov deyir ki, oğlunun şəhid olmasını iş yoldaşları ondan əvvəl eşidiblər:
"Anasının, mənim iş yoldaşlarım Ceyhunun şəhid olduğunu bilib bizə deyə bilməyiblər. Qara xəbəri necə verməli olduqlarını bilməyiblər. Çox çətindir, Allah heç bir valideynə yaşatmasın bu dərdi".

Oxşar xəbərlər

“Ən böyük arzusu şəhid olmaq olub” - Şəhid polkovnikin qardaşı
Şəhid kapitanın iki gün sonra nişanı imiş...
Şəhid leytenantın acı həyatı: Atası atıb getdi, anası min bir əziyyətlə böyütdü
Helikopter qəzasında şəhid olan Fərid Nağıyev Beyləqanda dəfn edildi - FOTOLAR
Şəhidlərlə vida mərasimi saat 12-də keçiriləcək
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb”
Qəzada həlak olan Ceyhun Əhmədxanovun FOTOSU
DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir
Şəhid hərbçilərimiz dəfn olunur
Səmanı fəth edən şəhid - VİDEO
Qəzaya uğrayan helikopterlərin "qara qutu"sunda hansı məlumatlar olur? - AÇIQLAMA
Tibb Universitetinin şəhid məzunları - SİYAHI
Şəhid hərbçimiz Tovuzda dəfn olundu
Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
Hərbi helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirildi - YENİLƏNİB
Helikopter qəzasında həlak olan hərbçilərimizin FOTOLARI
Oğlunun məzarıyla dərdləşən şəhid atası - VİDEO
Şəhid statusu verilmiş mülki şəxslərin ailə üzvləri təhsil haqqı ödəməyəcək
Polkovnikin bir həftə əvvəl atası vəfat etmişdi, qızı da zabitdir
Şəhid əsgərimiz dəfn olundu
Helikopter qəzasında yaralanan sərhədçilərdən XƏBƏR VAR
Vətən müharibəsinin yeganə xanım şəhidi - 4 may onun doğum tarixidir
Qızının yuxusunda gülümsəyən şəhidimiz – VİDEO
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Putin uşaqlıq xəyalını açıqladı: "Özüm belə təəccüb edirəm..."
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
Helikopter qəzasında həlak olan baş leytenantın FOTOSU
Şəhidimizin atası vəfat etdi - FOTO
Helikopter qəzasında şəhid olan zabitlərimizin xidmət zamanı görüntüləri - VİDEO
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“