Eldar Həsənovun məhkəməsində əcnəbilərin göndərdiyi məktublar elan olunub
6-12-2021, 20:25
72

Eldar Həsənovun məhkəməsində əcnəbilərin göndərdiyi məktublar elan olunub

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə xaricdə yaşayan əcnəbi vətəndaşların məhkəməyə göndərdiyi məktublar elan olunub.
Məktubda göstərilib ki, pandemiya ilə əlaqədar şahid Azərbaycana gələ bilmir və ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra E.Həsənov əcnəbilərin ifadələrinə münasibət bildirib. O, şahidlərin dedikləri ilə razılaşmayıb.
Növbəti proses dekbrın 10-da davam etdiriləcək.
Xatırladaq ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Oxşar xəbərlər

Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Eldar Həsənovun məhkəməsində qudası ifadə verdi
Eldar Həsənovun məhkəməsində səfirliyin əməkdaşları dindirilib
Eldar Həsənovun məhkəməsi keçirildi
Məhkəmə Eldar Həsənovun vəsatətini təmin etmədi
Eldar Həsənovun məhkəməsi başlayır
Eldar Həsənovun məhkəməsi təxirə salındı
Eldar Həsənovun cinayət işi icraata verildi
Eldar Həsənov ifadə verdi
Eldar Həsənov özünə yeni vəkil tutdu
Eldar Həsənov on milyonlarla manatı mənimsəməkdə ittiham olunur
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
"Eldar Həsənovu sürüyə-sürüyə zala gətirdilər" - FOTO
Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO
Eldar Həsənov məhkəmədə ifadə verir - FOTO
Eldar Həsənovun həbs müddəti UZADILDI
Apellyasiya Məhkəməsi Eldar Həsənovla bağlı qərar verdi
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu - YENİLƏNİB
Eldar Həsənovun ayaqları tutulub
Eldar Həsənov əməliyyat olundu
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənov səfir vəzifəsindən
Eldar Həsənovun məhkəməsi keçirildi