Deputat Ülvi Quliyevin oğlu Londondakı şirkətlərindən birini bağlayıb – “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FOTOFAKT)
7-12-2021, 01:33
717

Deputat Ülvi Quliyevin oğlu Londondakı şirkətlərindən birini bağlayıb – “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FOTOFAKT)

“Profilaktik söhbətlərdə” deputat Ülvi Quliyevin oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
Gündəlik Bakı xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb:
“Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.


Mənə çatan məlumata görə “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.
Qeyd edək ki, Orxan Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.
https://cinando.com/…/rubicon_production_132630/Detail
Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı.
O zaman İngiltərənin məşhur “İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri “High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim etmişdi.
https://www.independent.co.uk/…/miss-ussr-beauty….
O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond “The Independent”ə bildirmişdi ki, “bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir”.


Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı “Caviar House”nin adı çəkilib.



Oxşar xəbərlər

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Sabiq nazir kürəkəninin Londondakı yeni mülkləri - FOTOLAR
ABŞ-a köçən Əli Həsənovun oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır? - FOTOFAKT
Azərbaycanlı məmur oğluna Londonda 1 milyona ev aldı (FOTO/İDDİA) Yenilənib
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
Baş nazirin birinci müavini 16 milyon manatlıq fındıq bağları alıb – SƏNƏDLƏR
İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edən məmur kimdir? - FOTOLAR
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - İz qarışdırır? (FOTOFAKT)
"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş
Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun... (SİYAHI)
Fazil Məmmədovun kürəkəninin Londonda milyonluq əməliyyatı - FOTOLAR
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...
Ermənilərin Xankəndidə satışa çıxardığı evləri azərbaycanlılar ala bilər?
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı
Belarus səfiri geri çağırıldı: Prezidentdən yeni TƏYİNAT
Azərbaycanda deputatın oğlu könüllü olaraq cəbhəyə yollandı
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB
Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarılır? - AÇIQLAMA
Kürdəmir sakini ÇARƏSİZ DURUMDA... - GİLEY
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı
Ermənistan buna da əl atdı: Ölkəyə türk malları buraxılmaycaq
Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu
Sabiq nazir oğlunun Londondakı şirkəti fəaliyyətini dayandırdı – FOTOFAKT