Gorus-Qafan yolundakı gömrük postunda milyonlarla vəsait toplanıb - AÇIQLAMA
7-12-2021, 19:44
192

Gorus-Qafan yolundakı gömrük postunda milyonlarla vəsait toplanıb - AÇIQLAMA

"Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postu vasitəsilə milyonlarla vəsait toplanılaraq büdcəyə köçürülüb”. 
Bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.
"Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Sərəncamın icrasından irəli gələrək sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyatların qarşılanması üçün addımlar atıldı.
 
Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini davam etdirir. Burada növbəli iş rejimi qurulub. "Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük postundan keçən nəqliyyat vasitələri gömrük rüsumu və yol vergilərinə cəlb olunur”.
Onun sözlərinə görə, buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir:
"Burada POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub.  Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb”.

Oxşar xəbərlər

Qafan-Gorus yolundakı gömrük məntəqəsinə xüsusi texniki nəzarət vasitələri yerləşdiriləcək - AÇIQLAMA - VİDEO
Qubadlıda gömrük postu yaradıldı
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Xudafərin gömrük-keçid məntəqəsi yaradılır
Zəngəzurda 6 erməni kəndinin Qafanla əlaqəsi kəsildi
Gömrük Komitəsi yük avtomobilində dərman preparatlrı aşkarladı
"Azərbaycan tərəfi hər an Qafan yolunu bağlaya bilər" - Akopyan
Prezident sərəncam imzaladı: Bu şəxslərə general-mayoru verildi
Gömrük Komitəsi Bakı Metropolitenini cərimələdi
Azərbaycanın Gorus-Qafan yoluna nəzarətindən sonra Paşinyanın ermənilərə məsləhəti
Ermənistan-İran gömrüyü bağlandı
Gorus-Qafan yolunda İranın avtobusları da yoxlanılır
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
"Bizim Ermənistana apardığımız yük təhlükəli maddədir" - İranlı sürücü
"Hökumət deyirsə, bura Azərbaycanındır..." - Erməni vəkil
Ölkəyə qanunsuz yollarla siqaret keçirilməsinin qarşısı alındı
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Azərbaycan polisi Gorus-Qafan yolunda - FOTOLAR
Gömrük Komitəsi “Pepsico Azərbaycan”ı CƏRİMƏLƏDİ
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Azərbaycana dərman gətirən qaçaqmalçılar tutuldu
Rusiyalı hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa…
İranla sərhəddə bayrağımız 35 metr hündürlükdə ucaldılıb - Video
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Azərbaycanlılar Gorus-Qafan yolunda tikinti  işləri aparır
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gorus-Qafan yolunda vəziyyət necədir?
"İran yük maşınları yeni yoldan istifadə etsin" - Paşinyan
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu