Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istədi
7-12-2021, 16:06
117

Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Vəliyevin vəkili çıxış edib.
O bildirib ki, müdafiə etdiyi şəxsə məxsus binanı zərərin ödənilməsi üçün dövlət nəfinə verilməsinə razılıq verilib. Vəkil yazılı ərizəsini məhkəməyə təqdim edib.
Daha sonra dövlət ittihamçısına söz verilib.
Prokuror çıxışında V.Səfərlinin 11 il, B.İsmayılovun 7 il, Ə.Vəliyevin 7 il, N.Məmmədovun 7 il, B.Fətullayevin 2 il, T.Xəlilovun 2 il, T.Tahirovun 7 il, V.Orucovun 2 il, T.Yaqubovanın 6 il (şərti cəza), Ş.İbrahimovun 2 il və N.Hacıyevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Eyni zamanda, dövlət ittihamçısı V.Səfərlinin üzərinə həbs qoyulmuş əmlaklarının ziyanın ödənilməsinə yönəldilməsini xahiş edib.
Müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti məhkəmə prosesi dekrabrın 14-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Oxşar xəbərlər

Vüqar Səfərlinin məhkəməsi başladı
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Həbs edilən Vüqar Səfərlidən XƏBƏR VAR
Vüqar Səfərli bu gün hakim qarşısına çıxarılacaq
Həbsdə olan Vüqar Səfərlidən XƏBƏR VAR
Vüqar Səfərlidən xəbər var
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Vüqar Səfərlinin məhkəməsinin vaxtı MƏLUM OLDU
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
Vüqar Səfərli 18,5 milyon manatı mənimsəməkdə ittiham olunur
Vüqar Səfərli ilə əlbir olan digər şəxslərin adları AÇIQLANDI
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
"KİVDF-yə bilavasitə rəhbərliyi Əli Həsənov edirdi" - Şahid
"Pulu bizdən Vüqar Səfərli götürürdü" - Təqsirləndirilən şəxs
"Xəmsə" restoranı Vüqar Səfərlinin hesabına TOYLAR tuturmuş
Vüqar Səfərlidən xəbər var
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli 9 tədbirdən 104 min manat QAZANIB
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Vüqar Səfərli ilə birgə həbs olunan Nadir Məmmədov apelyasiya şikayəti verdi
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə HƏBS QOYULDU
Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı
Vüqar Səfərli YAP-dan çıxarıldı
Vüqar Səfərlinin bu mülklərinə həbs qoyuldu – SİYAHI
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Prokuror sabiq icra başçısına 11 il həbs cəzası istədi
Vüqar Səfərli məhkəmədə “açacaq sandığı, tökəcək pambığı”- Müşfiq Ələsgərlinin də həbsi gözlənilir...
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi