Sabiq deputat 32-ci dəfə Həccə getdi
7-12-2021, 17:33
88

Sabiq deputat 32-ci dəfə Həccə getdi

Sabiq deputat Qalib Salahzadə 32-ci dəfə Həcc ziyarətinə gedib.
Bu barədə Teleqraf.com-a açıqlama verən Qalib Salahzadə hazırda Ümrədə olduğunu bildirib.

"1990-cı ildən bəri Həcc ziyarətinə gəlirəm. İki dəfə Məkkənin içərisində olmuşam, bu dəfə Ümrəni ziyarət etdim. Bu, kiçik Həcc ziyarəti sayılır”, - sabiq deputat deyib.
Onun sözlərinə görə, əsas duaları Azərbaycan xalqı, şəhidlərimiz və qazilərimizlə bağlı olub: "Hər dəfə Qarabağla bağlı dualar edirdim. Tanrı dualarımı eşitdi. Qarabağ azad edildi, burada xalqımıza firəvanlıq dilədim, Prezident İlham Əliyevə güc, qüvvət, can sağlığı arzuladım. Şəhidlərimizin ruhuna dualar oxudum, qazilərimizə Allahdan şəfalar istədim”.
Sabiq deputat qeyd edib ki, bu dəfə Səudiyyə Ərəbistanı torpağına ayaq basanda başqa bir münasibətin şahidi olub: "Ərəblər eşidəndə Azərbaycandan gəlmişik, bizi elə qonaqpərvərliklə, sayğı ilə qarşıladılar ki, özüm də təəccüb etdim. Bu dəfəki qarşılanma əvvəlkindən fərqli idi. Dedilər ki, biz sizin bu qədər güclü orduya sahib olduğunuzu bilmirdik. 44 günlük Vətən müharibəsini ərəblər də yaxından izləyirlərmiş. Qələbəmiz bizim kimi onları da qürurlandırıb. Çünki son on illiklər ərzində müharibə yolu ilə, özü də müasir döyüş üslubunda öz ərazi bütövlüyünü təmin edən başqa bir ölkə olmayıb. Onların bu münasibəti, baxışları məni çox sevindirdi. Bizim Ali Baş Komandan İlham Əliyev haqqında ərəblər yüksək fikirdədirlər və müsbət sözlər dedilər. Buraya Pakistan və Türkiyədən də zəvvarlar gəlmişdi. Onlar da bizi təbrik etdilər. Bir sözlə, budəfəki ziyarət mənə ikiqat, həm dini, həm də milli qələbəmizdən doğan münasibət baxımından mənəvi rahatlıq verdi. Allah hər kəsə Həcc ziyarətində olmağı nəsib etsin”.

Oxşar xəbərlər

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? - RƏSMİ AÇIQLAMA
Bu şəxslər Həcc ziyarətinə buraxılmayacaq
Möminlərə şad xəbər: Həcc ziyarətinə icazə verildi
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
Azərbaycandan bu il Həcc ziyarətinə gedən OLMAYACAQ – İLGİNC SƏBƏB
Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA - VİDEO
Xarici vətəndaşlar üçün Həcc ziyarəti qadağan olundu
Çində iş adamı icazəsiz Həcc ziyarətinə getdiyi üçün edam olunub
Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMA
Həcc ziyarətinə qadağa bu il də qüvvədə qala bilər
Həcc ziyarətinə gələnlər bu vaksinlərdən vurdurmalıdırlar
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
Sabiq deputatın evi qarət edildi
“Hacı Qalib deyir ki, Bilgəhdə qanun mənəm...” - sabiq deputatdan şikayət
İlham Əliyev Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı - FOTO
Qalib Salahzadəyə qarşı ZƏRBƏ DRONU... - Şikayətçi Bayraktardan kömək istədi
“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat
Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu
"Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir" - Sabiq deputat
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı
Deputata atasından şikayət var - yenə həmin Hacı Qalib...
Sabiq deputat partiya sədrini məhkəməyə verdi - Ağır ittihamlar
Əli Mirəliyevdən qalmaqallı sözlər: “Bir dəfə də maska taxmamışam...“
Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır
“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...” - Vəzirov
Hüseynbala Mirələmov tərbiyə ediləcək
Ermənistanın sabiq prezidenti 4-cü dəfə həbs edilə bilər
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Sabiq deputat bu vəzifələrini də İTİRDİ