Azərbaycan-İran sərhədində ATIŞMA - Bir nəfə zərərsiz­ləşdirildi
7-12-2021, 17:42
80

Azərbaycan-İran sərhədində ATIŞMA - Bir nəfə zərərsiz­ləşdirildi

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunmuş­dur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar­yadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər­mişlər.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay­can Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsiz­ləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.
Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl­boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil­miş­­­dir.
Hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunmuşlar.

Oxşar xəbərlər

İran-Azərbaycan sərhədində atışma: ölən var
Sərhədi pozmaq istəyən şəxsdə narkotik maddələr aşkarlandı
İranla sərhəddə atışma - İki hərbçimiz həlak oldu
Şəhidimizlə vida mərasimi keçirilir
Dövlət sərhədini pozmağa cəhd edən şəxs tutuldu - FOTOLAR
Sərhəddə əməliyyat - 45 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO
Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi - FOTO
İranla sərhəddə əməliyyat: Saxlanılan var
İran-Azərbaycan sərhədində silahlı İNSİDENT - ÖLƏN VAR
Cəbrayıl istiqamətində naməlum şəxslər sərhədi pozdu - DSX-dan açıqlama
Azərbaycan-İran sərhədində silahlı İNSİDENT - FOTO
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
DSX-dən sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılan var
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
Zəngilanda sərhəd zastavasının açılışı oldu
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
Daxili Qoşunların əməkdaşları sərhədçilərimizi öldürən iranlını dağda zərərsizləşdirdi
SON Dəqiqə: Ermənilər Qazaxda atəşkəsi pozdu
Kamran Əliyevdən sərhəddə şəhid olanlarla bağlı GÖSTƏRİŞ
DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var
Sərhəddəki insidentlə bağlı cinayət işi açıldı - RƏSMİ
Sərhədçiləri öldürən şəxslərdən biri saxlanıldı
Dövlət sərhədinin pozulması nəticəsində şəhid olan gizir Qubada dəfn edildi - FOTO
DSX-dən ƏMƏLİYYAT: Rusiya vətəndaşı SAXLANILDI
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
İrandan Azərbaycana 70 kilo narkotik keçirmək istədilər
DSX-dan Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı açıqlama
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı