Bələdiyyə sədrinə cinayət işi başlanıldı
27-08-2020, 10:47
51

Bələdiyyə sədrinə cinayət işi başlanıldı

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Göyçay rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bələdiyyə sədrinə cinayət işi açıldı
Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib
Şahdağ Milli Parkında 16 ağac kəsilib
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Bakıda ağacların dibləri betonlanıb - Nazirlik işçiləri hadisə yerində - FOTO
Nazir Şarpla görüşdü
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb
Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı
Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına prokurorlar TƏYİN OLUNDU
Göyçay icra başçısının qardaşı oğlu bıçaqlandı - Foto
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Qusarda bir tondan çox narkotik məhv edildi
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Bələdiyyə sədri cərimələndi