Bu xəstəxananın baş həkimi 8 nəfərə saxta əlillik dərəcəsi verdi
8-12-2021, 15:22
64

Bu xəstəxananın baş həkimi 8 nəfərə saxta əlillik dərəcəsi verdi

Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin əməlləri ilə bağlı istintaq edilmiş cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.

Aparılmış istintaqla Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim məsləhət komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim məsləhət komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək, Fəxrəddin Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Bu xəstəxanasının baş həkiminə cinayət işi açıdı
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Həbs edilən baş həkimin yerinə təyinat olub?
Azərbaycanda rüşvət alan həkim barəsində cinayət işi açıldı
Prokurorluq Masallı Mərkəzi xəstəxanası ilə bağlı MƏLUMAT YAYDI
Saxta vaksin sənədi yazan vəzifəli şəxslərə cinayət işi açıldı
Baş həkim həbs edildi
Həbs edilən məmurla bağlı AÇIQLAMA- YENİLƏNİB
Həbs edilən xəstəxana direktorundan XƏBƏR VAR
Baş həkim və müavininin cinayət işi məhkəməyə göndərildi
Daha bir xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı
Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Peyvənd vurulmasına dair məlumatları saxtalaşdıranlar TUTULDU
Masallının baş həkimi HƏBS EDİLDİ
Saxta COVID pasportu satan daha bir şəxsə cinayət işi açıldı
Mərkəzi Xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
Saatlıda qohumuna saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı
DSMF-nin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərildi (RƏSMİ)
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Bu xəstəxanada saxta COVID pasportu satılırmış
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
TƏBİB-dən daha bir qalmaqallı təyinat – Korrupsiya və saxtakarlıqda ittiham olunan şəxs baş həkim təyin edildi
Azərbaycanda koronavirusdan daha bir həkim öldü - FOTO
Saxta COVID-19 pasportu satan şəxslərə cinayət işi açıldı
Neftçala mərkəzi xəstəxanasının direktoru HƏBS EDİLDİ
Azərbaycanda baş həkim COVID-19-a yoluxub
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? -ŞİKAYƏT
Saxta COVID pasportu verən şəxslərə cinayət işi AÇILDI