“TikTok”un rəhbəri istefa verdi
27-08-2020, 10:56
238

“TikTok”un rəhbəri istefa verdi

Çinin “TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer istefa verib.
Gündəlik Bakı xarici KİV-ə istinadən xəbər verir ki,  cəmi bir neçə ay əvvəl bu vəzifədə işə başlayan Mayer istefa vermək qərarına gəldiyini açıqlayıb.
“Mən şirkətdən getmək qərarına gəlmişəm və bunu ürək ağrısı ilə bildirmək məcburiyyətindəyəm”, - deyə telekanal onun sözlərindən sitat gətirib.
“TikTok” rəhbərinin sözlərinə görə, son bir neçə həftədə siyasi vəziyyət kəskin dəyişib və o, korporativ prioritetləri dəyişmək barədə ciddi düşünmək məcburiyyətindədir. Bununla belə cənab Mayer “TikTok”un parlaq gələcəyi olduğuna əminliyini ifadə edib.  
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində əsasən istifadəçilər qısa videoroliklər çəkib paylaşırlar. “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən hazırlanıb və 2016-cı ildə Çində “Douyin adı altında fəaliyyətə başlayıb.
ABŞ Prezidenti Donald Tramp bu il iyulun 31-də bəyan edib ki, TikTok”u ölkəsində qadağan etməyi planlaşdırır. O, bununla bağlı avqustun 14-də Fərman imzalayıb. Fərmana əsasən, “ByteDance” və onun törəmə şirkətləri fərman dərc olunandan 90 gün müddətində ABŞ ərazisində “TikTok”la əlaqəli bütün aktivlərdən imtina etməlidir.
Bundan başqa, “ByteDance” “TikTok” və ona birləşmiş “Musical.ly” sosial şəbəkə vasitəsilə istifadəçilər barədə əldə etdiyi məlumatlardan qurtulmalı, bundan sonra ABŞ-ın xarici investisiyalar üzrə Komitəsi qarşısında hesabat verməlidir.

Oxşar xəbərlər

Tramp TikTok-un bloklanmasını noyabr ayına təxirə salıb
“TikTok” Trampın fərmanını məhkəməyə verdi
"Google" "TikTok" u almayacaq - Rəsmi
"TikTok"dan ən çox pul qazananlar açıqlandı
Gənc bloqerin ölümlə hədələnməsinə səbəb
Trampın məsləhətçisi istefa verdi
Keçmiş nazir AKP-dən istefa verdi
Yaponiyanın Baş naziri istefa verdi
Belarusun nümayişçiləri dəstəkləyən səfiri istefa verib
Tramp: “Xəstəlik niyə Çinin qalan hissəsinə yayılmadı?”
Fallah əl-Cazairi istefa verib.
Belarusda hökumət istefa verdi
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Çin Ukraynanı ələ keçirir - Tramp narahatdır
İstefa verən məmur: “Qardaşım məni el arasında biabır etdi”
Karantini pozaraq toplantıda iştirak edən avrokomissar istefa verdi
Bolton rahib Bransonun necə azad edildiyindən danışıb
“Cəmil Həsənli mandata görə AXCP-dən istefa vermişdi” - deputat
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
Bu ölkə sentyabrın 1-dən karantini ləğv edəcək
Netanyahu Trampa yalan informasiya verirdi” - Sabiq dövlət katibi
Mali prezidenti istefa verib
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Tanınmış aparıcı Fox TV-dən getdi
Çində kömür şaxtasında partlayış - 7 nəfər həlak oldu
Tramp: "Türkiyədən gözəl xəbərlər var"
Oğlunu qəzada itirən İbrahim Borçalının son halı - Foto
Tramp Ərdoğanın mesajını paylaşdı
"Beşiktaş"da yeni prezident
Trampdan koronavirusla bağlı şad xəbər: “Yoluxma halları azalır”