Azərbaycan Ordusunun Baş Qərargah rəisi tapşırıqları çatdırdı - VİDEO
8-12-2021, 15:49
116

Azərbaycan Ordusunun Baş Qərargah rəisi tapşırıqları çatdırdı - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
 Kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, Hərbi Məktəbdə dərslər müasir metodlar tətbiq olunmaqla tədris olunur. Bildirilib ki, kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbin əsas fəaliyyət istiqamətlərindən biridir.
General-polkovnik K.Vəliyev sinif otaqlarında və təlim sahəsində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını yoxlayıb. Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və müəllim heyəti ilə görüş keçirilib. Baş Qərargah rəisi çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədə Ali Hərbi Məktəbin yetirmələrinin xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Ordusunun gələcəkdə daha da güclü olması üçün bugünkü kursantların rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Sonda kursantlarla birgə nahar edilib.

 

Oxşar xəbərlər

Kərim Vəliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB + FOTO
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verildi - VİDEO
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü - YENİLƏNİB (FOTO)
“Onları azərbaycanlı kursantlar kimi peşəkarcasına yetişdiririk“ - General
Şəhidlərin xatirəsini yad etmək üçün yaylım atəşi açıldı
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
"Yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olun" - Zakir Həsənovdan GÖSTƏRİŞ
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Təltif edilməyən generallar - SİYAHI
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Zakir Həsənov yaralı əsgərlərlə görüşdü - VİDEO
Nəcməddin Sadıkov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Zakir Həsənov: "Cənab Ali Baş Komandan bugünkü müraciətində çox ciddi məsələlərə toxundu"
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Daxili Qoşunlarının Ali Hərbi Məktəbində buraxılış mərasimi keçirildi - FOTOLAR
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Nəcməddin Sadıkov Dubayda belə istirahət edir - VİDEO
Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası başladı
Nəcməddin Sadıkovun vəzifəsini kim icra edir?
Baş Prokuror və Hərbi Prokuror cəbhə xəttində - FOTO
Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başladı - VİDEO
Hulusi Akar Liviyaya səfər edib
Azərbaycan və Pakistan ordularının birgə təlimləri müzakirə olundu
Prezident onlara general rütbəsi verdi
Zakir Həsənov belarusiyalı həmkarı ilə “Polonez” raketlərinə baxış keçirdi
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Monitorinq Mərkəzinin mühafizəsinə kim nəzarət edəcək? - RƏSMİ
Qurban bayramı Şuşada qeyd edildi - VİDEO