"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
8-12-2021, 16:24
54

"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.
Bundan sonra təqsirləndirilən şəxslərə son söz verilib.
"Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov son sözündə özünü təqsirli bilməyib. P.Abbasov məhkəmədən ədalət istəyib.
"Hörmətli məhkəmə, ortada ağır bir ittiham var. İndi deyəcəyim sözlərin nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Amma özümü qətiyyən təqsirli hesab etmirəm. Verilən ittihamların mənimlə əlaqəsi belə yoxdur. İttiham üçün sübutlar lazımdır. Burada nişanlanmış pullar, telefon danışıqları və digər sübutlar ortaya qoyulmalı idi. Mənə verilən ittihamlarda bu sübutların heç biri yoxdur. Həbsdə olduğum müddətdə mənim maddələrimlə saxlanılan digər işlərlə tanış olmuşam, mənim cinayət işimdəki hala heç bir yerdə rast gəlmədim. İlk gündən ittiham necə başlayıbsa, son günə qədər də elə davam etdi. Bizim burada danışdıqlarımız heç nəyi dəyişmədi. Onu da deyim ki, mənim iş otağımda olan çəkiliş də yanlışdır. Orada məqsəd ictimaiyyəti çaşdırmaq olub, hamı düşünsün ki, bu yolun adamıdır. Burada mənimlə tutulan şəxslərin heç birinin çalışdığım müəssisə ilə əlaqəsi yoxdur. Bu günə qədər "Yeni Klinika" dan heç kim bura gəlməyib.
10 il iş istəyib, bu necə ola bilər? Heç məndən artıq maddələrlə həbs olunanlarda belə olmur. Uca məhkəmədən, uca bəraət istəyirəm", - deyə təqsirləndirilən şəxs bildirib.
Təqsirləndirlilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.
Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirilən şəxs astma xəstəsi olduğu üçün məhkəmədən yüngül cəza istəyib.
Cinayət işi üzrə təqsirləndirilən Vüsalə Əliyeva səhhəti ilə bağlı olaraq son sözə hazır olmadığını bildirib.
Növbəti proses dekabrın 15-nə təyin olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.
Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.
Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Oxşar xəbərlər

"Yeni Klinika"nın həbs edilən direktorunun məhkəməsinin vaxtı məlum oldu
"Yeni Klinika"nın həbsdə olan sabiq direktoru və digərlərinin məhkəməsində ittiham aktı elan olunub
“Yeni Klinika”nın daha üç əməkdaşı məhkəmə zalında həbs edildi
Prokurorluq “Yeni Klinika”nın direktoru ilə bağlı MƏLUMAT YAYDI
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
Ağdaş xəstəxanasının baş həkimi cərimələndi
Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istədi
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Rövşən Ələkbərovun general rütbəsi ƏLİNDƏN ALINMADI
"Yeni Klinika"da ABSURD SƏRFİYYAT... - FAKT
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
Ruhinin müstəntiq yeznəsi HƏBS EDİLDİ (YENİLƏNİB)
Rövşən Əkbərova HÖKM OXUNDU (YENİLƏNİB)
Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı
Sabiq nazir müavininə HÖKM OXUNDU
Həbs edilən Vüqar Səfərlidən XƏBƏR VAR
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Həbsdə ölən Rafael Cəbrayılova hüquqi varis təyin edildi
“Xəstələrdən aldığım puldan Pərviz Abbasovun xəbəri olmayıb”
“Yeni klinika”nın direktoru həbs edildi - FOTO
Həbs edilən sabiq icra başçısının məhkəməsi keçirildi
Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı edib - Sabiq deputatın həyat yoldaşı
Vüqar Səfərli bu gün hakim qarşısına çıxarılacaq
Rafael Cəbrayılovun cinayət işinə xitam veriləcək - Vəkilindən AÇIQLAMA
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Rafael Cəbrayılov məhkəmədə özünü təqsirli bilməyib - 2 milyon 571 min manat dələduzluqda ittiham edilir
Rövşən Əkbərov məhkəmədə son söz dedi
Həbs edilən idarə rəisi bəraət aldı - məhkəmə zalından azadlığa çıxdı