Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi - VİDEO
8-12-2021, 17:12
49

Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.
Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib.
Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib.
Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması bacarıqları yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi- VİDEO

Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi- VİDEO

Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi- VİDEO

Oxşar xəbərlər

Xüsusi təyinatlılarımız şərti düşməni məhv etdi - VİDEO
Naxçıvanda xüsusi təyinatlıların təlimi - VİDEO
Laçında keçirilən hərbi təlimlər başa çatdı - VİDEO
Laçında Azərbaycan-Türkiyə birgə təlimi başladı
Azərbaycan və Türkiyə hərbçiləri döyüş atışları həyata keçirdi - VİDEO
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki təlim keçirdi - VİDEO
Naxçıvan Qarnizonunun növbəti təlimi keçirildi - VİDEO
Naxçıvanda komanda-qərargah təlimi davam edir - VİDEO
Naxçıvanda hərbi təlim keçirilib
Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı təlimləri KEÇİRİLƏCƏK
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra edir - VİDEO
XTQ-də taktiki-xüsusi təlim keçirilir - VİDEO
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayıb
Azərbaycan və Türkiyə hərbçiləri Laçında döyüş atışları yerinə yetirir - VİDEO
Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirildi - VİDEO
Ordumuzun əməliyyat-taktiki təlimləri bu gün başa çatır
“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
ABŞ, Fransa və Yaponiya birgə hərbi təlimlərə başlayıb
Ordumuz 10 min nəfərlik heyətlə təlimlərə başladı - VİDEO
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək
Xüsusi Təyinatlı Dəstənin komandiri şəhid olub
Hikmət Mirzəyev xüsusi təyinatlılardan DANIŞDI
Naxçıvan Qarnizonu Qoşunlarında təlim davam edir - VİDEO
Prezidentin təltif etdiyi polkovnikə yüksək VƏZİFƏ VERİLDİ
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
Azərbaycan və Türkiyə hərbçiləri şərti düşməni məhv etdi - VİDEO
Hərbi hissələrdə yoxlama - FOTO/VİDEO
Ermənistan ordusu da təlimlərə başlayır