Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
27-08-2020, 11:50
152

Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.
Bu barədə APA-ya onun vəkili danışıb.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarından şikayət veriblər:
“Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.
Qeyd edək ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də, digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, Məharət Mustafayevin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan doqquz min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
24 avqust 2020-ci ildə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də, həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Elmar Vəliyevin adamlarının həbsinin bəzi detalları məlum oldu — Fotolar
Elmar Vəliyevə yaxın olan iki sabiq məmur saxlanıldı
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Eldar Həsənov apellyasiya şikayəti verib
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
İcra başçısı məhkəməyə verildi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Saxlanılan icra başçısının ittihamları məlum oldu
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Gəncə sakininin intiharı ilə bağlı rəsmi açıqlama
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı