AMEA-nın tenderlərində qalib olan Kəmalə Rasimli kimdir? – Direktor müavini, tərcüməçi, yoxsa sahibkar... - FOTOLAR
9-12-2021, 18:21
492

AMEA-nın tenderlərində qalib olan Kəmalə Rasimli kimdir? – Direktor müavini, tərcüməçi, yoxsa sahibkar... - FOTOLAR

Universitet tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC (VÖEN-1003279381) olub.


“Aysberq KMT” MMC beynəlxalq elmi konfrans üçün xaricdən dəvət olunan 13 nəfər qonağın oteldə qalmasını, həmçinin onlar üçün nahar və şam yeməyi təşkil edəcək. Eyni zamanda konfrans üçün lazım olan digər məhsulları da (blaknot, qələm, flaş kart, tibbi maska, 72%-li spirt və s.) təmin edəcək.  


“Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır. 
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir. 

“Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb. 

Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”-də qeydiyytda olan  “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub. 
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və  “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
O zaman məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirmişdir ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.


Amma çox qəribədir ki, Kəmalə Rasimli şirkətin qanuni təmsilçiliyindən bu ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.  

Belə görünür ki, Kəmalə Rasimli “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil versə də, “Aysberq KMT” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil verməyi unudub.

Oxşar xəbərlər

Ramiz Mehidyevin "kantor"unda rəsmən dərəbəylikdir... - Bu qədər də olarmış...
AMEA-dan daha bir şübhəli tender – Eyni ünvanda onlarla şirkət… - FOTOFAKT
AMEA-dan tender udan şirkət həm kanalizasiya təmir edir, həm də elmi işlər görür – FOTOFAKT
İcra Hakimiyyəti 2 ay əvvəl yaranan və 2 manat kapitalı olan şirkətə 198 min manat ayırdı – MÜƏMMA
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
İTV-nin də maşallahı var: ŞÜBHƏLİ TENDER... - Balaş müəllim də yaxşı başlayıb...
Əvvəl tender elan olundu, sonra şirkət yaradıldı (SİYAHI)
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
Pentensiar Xidmət 46 min manatlıq tender keçirib – Qalib ötən il avtomobil oğurluğuna görə saxlanılıb?
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? – FOTOFAKT
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
AMEA-dan Bakıdakı "sirli ünvana" bu dəfə 15 min manat "getdi" – Müəmmalı Tender
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu
Göyçayda şübhəli oyunbazlıqlar... - İLGİNC FAKT
İcra Hakimiyyəti “Əbu Bəkr məscidi” üçün 115 min manat ayırdı
Bu universitetdə daha bir şübhəli tender – FAKTLAR
4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
Təhsil Nazirliyinin "yandırdığı" milyonlar - FAKTLAR
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
15 min vergi borcu olan şirkət 600 minlik tenderin qalibi oldu
Neft və Qaz İnstitutunda AKADEMİK TALAN - Büllur lüstrə 30 min manat...
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA
Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!
“Sirli ünvan”dakı şirkətlərdən biri bu dəfə 15 min manatlıq tenderin qalibi oldu - TƏFƏRRÜAT