Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi - FOTO
27-08-2020, 12:36
165

Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi - FOTO

Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə alınıb.
Gündəlik Bakı xəbər verir ki, aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran  işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.
Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.
Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi- FOTO

Oxşar xəbərlər

Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - VİDEO
Karantində dəbə düşmüş "toy yalanı" - Bu dəfə "Bakcell"in əməkdaşı restoran sahibini aldadıb...
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - Foto
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Qəbələyə istirahətə gələnlər cərimələndi
Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edilib
Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ
Şirvanda karantin rejimini pozan 4 nəfər həbs edilib
Axtarışda olan şəxs karantin postunda saxlanıldı