Müğənni Damlanın sosial şəbəkə hesabındakı paylaşımı tənqid edilib.
Müğənni qolunu kəsici alətlə kəsərək "Damla" yazan fanatına aid şəkli yayımlayıb.
"Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm", - deyə müğənni pərəstişkarına müraciət edib. 
Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq, tənqid hədəfinə çevrilib. Müğənni daha sonra paylaşımını silib.
Müğənninin bu paylaşımı tənqid olundu- FOTO