Şadlıq sarayları açılsın! - Deputatdan təklif
27-08-2020, 14:18
55

Şadlıq sarayları açılsın! - Deputatdan təklif

“Avqust ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”.
Gündəlik Bakı xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbrlərinin tətbiqini məqsədəuyğun hesab etmir:
“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icaizə verilməsi məqsədəuyğundur.
Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.
Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icaizə verilsin. Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Oxşar xəbərlər

Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Avqustun 31-dək qüvvədə olan qadağalar
ÜST-ün karantin rejimlərinin ləğvi ilə bağlı açıqlaması təhrif edilib
Azərbaycanda karantin rejiminin yumşaldılmasının məqsədi açıqlandı - RƏSMİ
Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Bakıda birgə reydlər keçirilir
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
"Əsas məsələ idmançıların sağlamlığıdır"
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Bu gündən kafe və restoranlar açıldı
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Karantin rejimi sentyabrın 1-dən ləğv edilir? (VİDEO)
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist