“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
8-10-2019, 13:30
7 516

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi

"Dövlət bayrağı haqqında" qanuna dəyişiklik qəbul edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlara dəyişiklik III oxunuşda qəbul edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv olunub.
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və "Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.
Qanun layihələrinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF
Azərbaycanda Dövlət Bayrağı günüdür
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Azərbaycanda büdcə qaydasının tətbiqi yanvara qədər təxirə salınır
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Prezident “Tibbi sığorta haqqında” qanuna dəyişiklik etdi
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Milli Məclisin payız sessiyası başlayır
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib
Baş Nazirdən yeni qərar
Əsgərlərin iştirakı ilə bayraq yürüşü - Qaradağda (FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Deputatlar bu gün nələri müzakirə edəcək?
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Əli Əsədovdan iki mühüm QƏRAR
Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi