Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bu, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu jurnalistlərə icra hakimiyyəti tərəfindən 3 illik vəsiqə veriləcək - RƏSMİ
14
dekabr
17:54

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev “Veteranlar haqqında” Qanununu təsdiqlədi
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Şuşada ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək
Medianın fəaliyyətinə bu hallarda xitam veriləcək
İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Hərbçilərin sığortası ilə bağlı layihə I oxunuşda qəbul edildi
Prezident bu qanunu TƏSDİQLƏDİ
Azərbaycanda bu şəxslərin sosial müdafiəsi gücləndirilir
Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Döyüşlərdə iştirak edən hərbçilərin maaşı bu qaydada artırılacaq - RƏSMİ
Həlak olan hərbçilərin ailələri mənzillə təmin olunacaqlar
TƏBİB-ə yeni səlahiyyət verilir
Gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV geri alınacaq
Azərbaycanda bu qanunu pozanlar CƏRİMƏLƏNƏCƏK
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edildi
Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliklər EDİLDİ
MEDİA Agentliyi jurnalistlərə vəsiqə verəcək - EKSKLÜZİV AÇIQLAMA
13 il qulluq stajı olanlar dövlət qulluqçusu kimi pensiyaya çıxa biləcək
Bu şəxslər kütləvi dini ibadət və mərasimlər apara biləcək
"Media haqqında" qanun layihəsi parlamentdə müzakirə olunur
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
Nazirlər Kabinetinin bu səlahiyyəti LƏĞV OLUNUR
Fövqəladə Hallar Nazirliyi "Rifah Plaza”nı cərimələdi
Avtomobillərin addan-ada keçirilməsi üçün dövlət rüsumu dəyişir
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Azərbaycana bu malların idxalı ƏDV-dən azad edildi
Azərbaycana gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaq
Bu şirkət cərimələndi
Mərkəzi Bank “Holcim Azərbaycan”a cərimə protokolu yazıb
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Türkiyədə terrorçularla qarşıdurma anlarının görüntüsü yayıldı - VİDEO
- Göyçayda 25 yaşlı oğlan özünü ASDI
- İŞİD-in tanınmış üzvləri ələ keçirildi
- Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Tanınmış aktrisa "Kızılcık şerbeti"ndə - FOTO
- Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik - Hikmət Hacıyev
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”