Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu
27-08-2020, 15:48
125

Rusiyada həbsdə olan 2 nəfər Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.
Bu barədə Gündəlik Bakıya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Faiq Quliyevin – arvadı Xəyalə Quliyevaya yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsinə; Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İslam Məmmədovun – bir neçə şəxsin etibarından sui istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədilə təkrar dələduzluq əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilmişdir.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Faiq Quliyev və İslam Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişlər.

Oxşar xəbərlər

Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Qonşusunu öldürən şəxs saxlanıldı
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Elvin İsayevin məhkəməsi başlayır
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var - RƏSMİ
Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır
Şirkət direktoruna cinayət işi açıldı
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Eldar Həsənov apellyasiya şikayəti verib
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Bakıda qətl törədilib
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Bakı-Rostov yolunda boru partladı - Fəhlə öldü
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər