“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev
27-08-2020, 16:48
196

“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi” - Çingiz Abdullayev

“Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun Antalyada qətlə yetirilməsi səs-küysüz ötüşməyib. Artıq bir neçə gündür ki, insanlar ölkənin siyasi sferasında baş verən hadisələrlə yanaşı, kriminal mövzunu da gündəmdən saxlayırlar. Hətta YouTube trendinin ilk sıralarında uzun müddətdir ki, Lotu Quli ilə bağlı videolar yer alır.
Maraqlıdır, insanların kriminal avtoritetlərə böyük maraq göstərmə səbəbi nədir?
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu tip mövzulara böyük simpatiya ola bilməz. Kriminal avtoritetlərə hazırkı marağın səbəbi isə məsələ ətrafında çoxlu yazıların yazlmasıdır:
“Həm mətbuat, həm sosial şəbəkələr o qədər yazıb ki, hər kəs bunu oxuyub bilmək istəyir. Amma böyük bir simpatiya ola bilməz. Çünki hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova göstəriş vermişdi ki, Azərbaycanda kriminal avtoritet qalmamalıdır. Bunu mənə nazir özü danışıb. Deyiləni yerinə yetirdilər və o vaxtdan Azərbaycanda kriminal avtoritetlər qalmayıb. Ona görə də hazırda bu barədə nə qədər çox yazılsa, o qədər də maraq olacaq. Bu, elə mövzudur ki, hamıda maraq oyadır, Sovet vaxtında da belə maraq olub. İntriqalar insana maraqlı gəlir, düşünürlər ki, görəsən, hansı səbəblə, necə baş verib?! Xüsusi bir dünyadır və bu dünya insanları cəlb edir. Amma hər kriminal əhvalatların arxasında insanlar durur, faciələr dayanır”.
Çingiz Abdullayev qeyd edib ki, bəzən insanlar özləri də istəmədən mövzunu reklam edirlər:
“Bu kimi təbliğatlar olanda qız və oğlanlar fikirləşir ki, bunların həyatı çox gözəldir, hər kəs onlardan qorxur, heç nə etmirlər, amma çox yaxşı yaşayırlar... 1990-cı illərdə Rusiyada sorğu keçirəndə qızların 70 faizi fahişə, oğlanların isə 70 faizi killer olmaq istədiklərini bildirirdilər. “Sən kim olmaq istəyirsən?”,- deyə sual verilirdi, qızlar deyirdi ki, mən “valyutnı” fahişə olmaq istəyirəm. Axı belə olmaz. Mən hər kitab yazanda birinci növbədə kitabın insanları yaxşılığa çağırmasına fikir verirəm”.
Həmsöhbətimiz kriminal mövzuya iki cür yanaşmanın olduğunu vurğulayıb:
“Bəziləri belə mövzulara toxunur ki, sensasiya olsun, tirajları artsın. Bəziləri isə bunları tənqid etmək məqsədi ilə yazırlar, bildirirlər ki, bu yolun sonu faciədir, belə olan halda, onlar cəmiyyətə yaxşı mesaj ötürür. Mənim kitablarım niyə 32 dilə tərcümə olunub? Hamısı dəli deyillər ki... Deyək ki, Azərbaycanda mənlə maraqlanırlar, bəs Argentina, yaxud Çində niyə məni oxuyurlar?Ona görə ki, mən insanları tərbiyə etməyə çalışıram. İnsanlara Allahın var olduğunu göstərmək istəyirəm. Bəziləri isə insanı iblis olmağa çağırır”.

Oxşar xəbərlər

“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı - VİDEO
“Lotu Quli”nin nəvəsi oldu
"Xan" "Lotu Quli"ni 4 milyon dollar qarşılığında güllələyib - İddia
Afaq Aslan Lotu Qulidən danışdı: “Ağırdır...”
"Lotu Quli"nin öldürülməsi ilə bağlı tibbi ekspertizanın ilkin nəticələri
Lotu Quli Türkiyədə qətlə yetirildi - Dostu başına 4 güllə vurdu
“Lotu Quli”nin nəzarət etdiyi sahələr bölü,dürüldü
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
"Lotu Quli" dəfn edilir - FOTO
“Mən siyasətlə məşğul deyiləm, öz ideyam var: ədalət və təmizlik...” – Lotu Quli
Lotu Qulini öldürən Xan bu hala salındı - Foto
Afaq Aslan "Lotu Quli"dən yazdı: "Bilənlər bilir onun ürəyini ... "
"Lotu Quli"nin qatili ilə birlikdə görüntüsü yayıldı - Video
"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
“Lotu Quli”nin qatili onun videosunu “Qara Qafur”un qohumuna niyə göndərib...
Lotu Quli harada dəfn olunacaq?
Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
“Lotu Quli”nin hüzr məclisinə basqın edildi - Video
Lotu Quli əfsanəsi: Kriminal qiraət
Lotu Qulini öldürdülər: sui-qəsd: başından 4 güllə vurulub
Lotu Qulinin qatili türk polisi tərəfindən həbs edilib
"Lotu Quli"nin qətlə yetirildiyi otel - Fotolar
“Lotu Quli”nin qətlə yetirildiyi yerdən - Video
Lənkəranskinin qardaşı "Lotu Quli"nin ölümündən DANIŞDI
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
“Xan Lotu Qulini gözümün önündə güllələdil” - Hadisənin yeganə şahidi
Qanuni oğru həbsxanadan çıxıb dəlixanaya düşdü-FOTO