Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
8-10-2019, 15:00
7 590

Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"

"GəncLİK proqramı çox unikal layihədir. Gənclər Fondunun və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə keçirilən bu layihəyə ümumilikdə 1000 iştirakçı müraciət edib. Onlardan 30-a yaxın gənc müxtəlif mərhələlərdən keçməklə bu proqram üçün seçilib".
gundelik-Baku.com məlumatına görə, bunu “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, dövlətin gənclər siyasəti ilə bağlı çoxşaxəli islahatlar həyata keçirilir: "Bu proqram da dövlətin gənclərə göstərdiyi diqqətin göstəricilərindən biridir. "ASAN Xidmət"in öz kollektivi də gənclərdən ibarətdir. Burada 22 minə yaxın gənc könüllülük məktəbini keçib. Eyni zamanda gənclərimiz ayrı-ayrı dövlət orqanlarında müxtəlif təcrübələr keçirlər. Bu proqram isə müəyyən keyfiyyətlərə, kriteriyalara cavab verən gənclərimizin məqsədyönlü şəkildə təcrübə proqramından keçməsini ehtiva edir. Bu gənclər əvvəlcə test mərhələsindən, daha sonra video formatda müsahibədən keçiblər".
Ülvi Mehdiyev bildirib ki, Azərbaycanın gənclər siyasəti ilə məşğul olan ekspertlərinin, mütəxəssislərinin seçdiyi 30 gənc müxtəlif təlim və treninqlərə cəlb olunacaqlar: "Eyni zamanda onlar ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinin yanında xüsusi qaydada təcrübədən keçəcəklər. Bu gənclərin arasından daha peşəkar, təcrübəli olanları digər dövlət xidmətlərinə cəlb olunmaq üçün sonradan dövlət qulluğuna cəlb ediləcəklər".

Oxşar xəbərlər

Nazir müavini: "Oktyabrın sonuna qədər "Yüksəliş proqramı"nın təqdimatı keçiriləcək"
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
Bu şəxslərin SMS icazədən istifadəsi mümkün olmayacaq - VİDEO
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
"Qarabağ" - APOEL oyununun biletləri satışda
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib
Əli Əhmədov təcili iclas keçirdi
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
“Bəzi qurumlar əməkdaşları ilə müqavilə bağlamağa məcbur olub”
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Bu şəxslərin icazəsi ləğv edildi
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Əməkdar artist gənc müğənniləri məsxərəyə qoydu: “Hamısının burnu kəsik, dodağı silikondur”
Səfir: "Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Azərbaycan xalqının ədəbi-mədəni irsə verdiyi qiymətin təzahürüdür"
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü