Masallıda dekabrın 15-də baş verən dəhşətli yanğının təfərrüatı məlum olub.
Gundelik-baku.com cənub.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güllütəpə kəndində qeydə alınıb.
Yanğın zamanı 57 yaşlı Nəzərov Allahverən və altı yaşlı nəvəsi dünyasını dəyişib.
İlkin məlumata görə, yanğın qısaqapanma səbəbindən baş verib.


Yanğın zamanı A.Nəzərov ikinci mərtəbədə yatmış nəvəsini xilas etmək üçün evə girib. Lakin alov ona evdən çıxmağa maneə yaradıb.
Hadisə baş verən evdə altı nəfər yaşayırmış. Digər şəxslər xilas olub.
Faktla bağlı araşdırma aparılır.