Əhmədzadənin subartezian biznesi
28-08-2020, 01:25
142

Əhmədzadənin subartezian biznesi

Bu ilin 8 ayında verilən sərəncamlarla 358 kənddə 441 subartezian quyu qazılmalıdır

Çoxunun yadında olar, 10 il qabaq paytaxta Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi. Bu kəmərin açılışını bildirən qurğunu Prezident İlham Əliyev işə saldı. Sonra da ətrafdakı məmurların alqışları altında çıxış elədi. Bu kəmərlə Bakının su probleminin, demək olar, həll edələcəyini, əhalinin fasiləsiz suyla təmin olunacağını dedi.

Oğuz-Qəbələ-Bakı kəməri Azərbaycana 780 milyon manata (1 milyard dollar) başa gəldi. Bakının su probleminin həll edilməməsi bir yana, suyun mənbəyində - Oğuzda və Qəbələdə bu kəmərin çəkilişiylə ciddi su qıtlığı yarandı. Hələ o vaxt ekoloqlar, QHT-lər həyəcan təbili çalır, bu su xəttinin ekoloji fəlakətə yol açacağını deyirdi. Artıq neçə ildir orda da əhali susuzluq acısı yaşayır. 10 il qabaq çəkdiyi bahalı kəmərlə Bakının su problemini həll edə bilməyən hökumət regionlar üçün bir neçə 10 illik əlavə problem yaradıb.

Demək olar, bütün ölkə susuzluqdan əziyyət çəkir. İndi də subartezian quyuların qazılmasıyla bağlı bir-birinin ardınca verilən sərəncamlarla vəziyyətdən çıxış yolu arayırlar.

İlin başlanğıcından – yanvarın 7-dən startı verilən sərəncamlarla Meliorasiya və Su Təsərrüfatı ASC-yə pullar ayrılır. 1 milyard dollara suyunu Bakıya çəkdikləri Oğuzun 9, Qəbələnin 10 kəndində subartezian quyuları qazılmalıdır. İndiyə qədərsə müxtəlif rayonlarda subartezian quyularının qazılmasıyla bağlı 26 sərəncam verilib. Quyularının qazılmasına 30 milyon 636 min manat, arxlar qazılması və təmizlənməsinə 13 milyon 907 min manat, eyni məqsəd üçün Naxçıvan Nazirlər Kabinetinə 1 milyon manat (neçə quyu qazılacağı göstərilməyib) ayrılıb. Demək olar, bütün rayonlarda iş gedir. Oğuz-Qəbələdə çətinlik həm də ondadır ki, geoloqlar su tapa bilmir. Oğuz-Qəbələ-Bakı su kəməri üçün qazılan 120 quyu (150 metr dərinlik) torpağın şəhdini-şirəsini çəkib... Ona görə daha dərinliklərə baş vurmalı olurlar.

Maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı ASC-yə subartezian quyuların qazılmasıyla bağlı ayrılan pullar standartdır; hər bir quyu 70 min manat. Niyəsini, yəni bir quyunun qazılması üçün detallı xərci öyrənmək istəyi ilə ASC-yə yolladığım sorğuya da cavab verən yoxdur. Bəzi mütəxəssislər regiondan asılı olaraq bir quyunun qazılmasının 25-30 min manata başa gəldiyini deyir.

Daha bir maraqlı məqam eyni məqsədlə "Azərsu”ya ayrılan məbləğdir. Avqustun 12-də verilən sərəncamla 15 rayonda 24 subartezian quyu qazılması üçün prezident "Azərsu”ya 756 min manat ayırıb. Hər bir quyunun qazılması "Azərsu”ya 31 min 500 manata başa gələcək. Bərdədə 23 subartezian quyunun qazılması üçünsə bu il martın17-də verilən sərəncamla Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1 milyon 610 min manat ayrılıb. Hər bir quyunun qazılmasına burada 70 min manat xərclənəcək. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə müxtəlif rayonlarda subartezian quyularının qazılması üçün ayrılan məbləğdə fərq yoxdur, regiondan asılı olmayaraq hər bir quyu 70 min manata qazılacaq. Məsələn, Ağdam rayonunda 20 quyunun qazılması üçün Əhməd Əhmədzadənin idarəsinə 1 milyon 400 min manat ayrılıb. Anlaşılmır, eyni quyunu Bərdədə, Balakəndə, Zaqatalada, Tərtərdə, Qubada, Cəlilabadda, Şəmkirdə, Goranboyda, Beyləqanda "Azərsu” da qazır, ya da qazacaq, Meliorasiya və Su Təsərrüfatı ASC də. Biri 31 min 500 manata, biri 70 min manata. Heç bir qurum da sorğuya cavab vermir ki, öyrənək görək kim hansı üsulla quyu qazır və niyə bu qədər qiymət fərqi yaranır. Büdcə vəsaitinin xərclənməsinə nəzarət edən hökumət qurumları da, görünür, belə xırda məsələlərə önəm vermir.

Özəl şirkətlər quyunu neçəyə qazır?

Subartezian quyular qazan bir neçə şirkətlə də əlaqə saxladıq. Bu şirkətlərdə artezian quyularının qazılma qiymətləri aşağıdakı parametrlərdən asılıdır:

1.Quyunun yerləşdiyi ərazidən.

2.Quyunun diametrindən.

3.Quyuya qoyulacaq materialların qiymətindən.

Quyunun qazılmasının 1 metrinin qiyməti 50-150 manat aralığındadır. Qazılma, borular və gərək olan başqa avadanlıqlar bu qiymətə daxildir. Yalnız su motoru müştərinin boynundadır. Əlaqə saxladığımız şirkətlər motorun qiymətinin 1500-2500 aralığında olduğunu dedilər. Tutaq ki, həyətində artezian quyu qazdırmaq istəyirsən, dərinlik quyunun qazıldığı regiondan asılıdır. Bəzi yerlərdə 60-70 metrdən, bəzlərində 100-120 metrdən su çıxır. Ortalama 100 metrdən götürsək, bir quyunun qazılıb təhvil verilməsi 15-16 min manata başa gəlir. Ancaq Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata qazır. "Azərsu” isə, yuxarıda qeyd etdiyimiz kimi, 31 min 500 manata. Həmin işi görən özəl şirkətlərlə müqayisədə çox böyük fərq yaranır. Fərqi izah edən yoxdur. Yalnız bu il iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışında dolayısıyla bu məsələlərə toxunaraq deyib:

"...Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa "Azərsu”dan, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır”.

Bəs sərəncamlar imzalanarkən bu suallar niyə verilmir, "havadan götürülən” rəqəmlər sərəncam şəklində niyə rəsmiləşdirilir? O sərəncamlara da imzanı investisiya proqramlarına ciddi nəzarət olmadığını deyən adam, prezident atır. Nəzarətsizliyin səsi isə ofşor zonalardan, Avropanın bahalı şəhərlərindən gəlir...

Oxuculara maraqlı olar, su təsərrüfatına dövlət büdcəsindən də hər il milyonlar ayrılır, investisiya proqramı çərçivəsində. Ölkənin su təsərrüfatına sorumlu olan Meliorasiya və Su Təsərrüfatı ASC-yə son 5 ildə büdcədən ayrılan məbləğə baxaq:

2020 – MST ASC - 412 milyon 97 min 695 manat

2019 - MST ASC - 333 milyon 95 min 125 manat

2018 - MST ASC – 248 milyon 922 min 714 manat

2017 - MST ASC – 201 milyon 315 min 345 manat

2016 - MST ASC – 231 milyon 356 min 535 manat

"Havadan götürülən” bu investisiya xərclərinə bundan sonra nəzarət təklif edilir, ancaq görünən odur ki, keçənə güzəşt edəcəklər...(Meydan.Tv)


Oxşar xəbərlər

Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Bu ilin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
Kür çayı Xəzərə qovuşdu
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
Prezident: "Bütün kəndləri bir-bir gəzib problemləri həll etməlisiniz"
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Prezident bu dövlət qurumuna pul ayırdı
Kritik durum: Rusiyaya 24 təyyarə ilə dollar gətirildi
Prezident 700 min ayırdı
"Habil müəllim deyirdi ki, öləndə kamançanı Ədalətə verəcəm, amma Ədalət ondan qabaq öldü"
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
Oğuzda istirahət mərkəzində cinayət
"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
Oğuzda meşələr məhv edilir, amma nazirlik susur-
Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Prezident Saleh Məmmədovu qəbul etdi
“Fındıklıspor” komandası “Qəbələ”nin loqosundan istifadə edir? - FOTO
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Sumqayıtda kollec direktoru Mətanət  Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür