Müavin olmaq üçün 2 milyon vermişdi, amma başçını həbs etdilər
28-08-2020, 01:54
134

Müavin olmaq üçün 2 milyon vermişdi, amma başçını həbs etdilər

Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov bir neçə ay bundan öncə vəzifəsindən azad olunaraq başqa işə keçirilib. Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin ediblər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır.
Bildirilir ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxaracaq.
Qeyd edək ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır. Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir. Bu əsnada cumhuriyyet.az olaraq daha bir maraqlı məlumatı diqqətinizə çatdıraq. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib: “Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”. Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”. İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır.
İlyas Səfərovun dostdu, dayağı , Yevlağın sabiq icra başçısı Qoca Səmədov həbs olduğu halda prokurorluq eyni əmməlləri edən İlyas Səfərov barəsində niyə tədbir görmür.
Məlumatda bildirilir ki, 2 il əvvəl başçı müavini olmaq istəyən İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq ilk əvvəl onun da razılığın ala bilmiş, buna görə 2 milyon təklif etmişdi.
Ancaq yuxarıdan buna razılıq verməmişdilər.
Çoxsaylı obyekt və mülkləri olan, adi bir məmurdan oliqarx dərəcəsinə çatmış bu şəxs Hacıkəndin ən gözəl yerində dağı yarıb villa tikib. 

 

Oxşar xəbərlər

XİN-in Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat - Foto
Bakıda maskalıların hücum etdiyi şəxs bazarın sahibi imiş - MÜƏMMALI FAKTLAR
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Oğuzda meşələr məhv edilir, amma nazirlik susur-
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi
Səfirlərlə bağlı əməliyyat davam edəcək: Sırada kim var?
Mirqafar Seyidova yeni müavin təyin edildi
Nazir bu rayon postlarının komandirlərini dəyişdi
“Qarabağ”ın oyununda erməni təxribatı
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
AZAL-da təmizləmə əməliyyatı başladı
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
Rusiyada polis rəisi koronavirusdan öldü
Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Rüstəm Usubov vəzifədən azad edildi - YENİ TƏYİNAT
İndi də Biləsuvar susuz qalıb
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Kamran Əliyev onu yeni hərbi prokuror TƏYİN ETDİ
Dövlət orqanlarında 65 yaşadək işçilərin işə cəlb edilməsinə icazə verildi