Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
28-08-2020, 10:21
132

Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...

"Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin fəaliyyəti son zamanlar hiss olunmur".

Qlobal.az-a bu barədə məlumat verən mənbə bildirir ki, ölkədə koronavirus pandemiyası demək olar ki, bütün dövlət qurumlarını aktiv fəaliyyətə səfərbər edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə əməl edən icra başçıları mütəmadi onlayn konfranslar keçirir, əhalinin problem və qayğılarının həlli ilə məşğul olurlar. Ancaq Azərbaycanda baş verən bu hadisələr sanki Astara rayon İcra Hakimiyyətinə aid deyil. 

"Rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur"-deyə, qeyd edilir. 

Məlumatda dah sonra Astara aryon İcra Hakimiyyətinin başçısının fəaliyyətsizliyinin səbəbi barədə yazılır: "Astara rayonunda gəzən iddialara görə Qəzənfər Ağayev bu ilin əvvəlində Bakı şəhərinə təyinat alacaqmış. Ancaq ölkədə keçirilən növbədənkənar parlament seçkiləri və daha sonra hələ də davam edən koronavirus pandemiyasının başlaması, ölkənin karantin rejiminə keçməsi Qəzənfər Ağayevin təyinatı məsələsini "dondurub". Yaxın ətrafı ilə söhbətində bəzən on dörd ildir subtropik rayonlarda icra başçısı olduğunu deyən Q.Ağayev pensiya qabağı bir az da paytaxt rayonlarının birində çalışmaq arzusunda olduğunu deyir".

Ötən ay Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun vəzifədən çıxarılması və bu günədək Nİzami rayin İcra Hakimiyyətinin başçısı vəzifəsinin vakant olması Q.Ağayevdə xeyli ümidlər yaratdığı deyilir.

Elə bil bu adda icra başçısı yoxdur...
Elə bil bu adda icra başçısı yoxdur...

Oxşar xəbərlər

Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
İcra başçısı məhkəməyə verildi
Musiqi məktəbinə Oqtay Kazıminin adı verildi
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
İcra başçısı karantinə alındı
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Gənc icra başçısı baş redaktoru cərimələtdi
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Prezident iki rayona icra başçısı təyin etdi - Sərəncam
Saatlıya təyin olunan icra başçısı kimdir?
İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı