“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlunun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərlə Bəhram Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhram Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, ilkin araşdırmalarla Bəhram Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu “Bəyaz TV.Az” MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla Bəhram Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu iş üzrə təqsirləndirilən şəxs Bəhram Rüstəmovun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə "961" Çağrı mərkəzi və "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir.
Qaziyə qarşı dələduzluq edən şəxs HƏBS EDİLDİ
22
dekabr
14:17

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Peyvənd vurulmasına dair məlumatları saxtalaşdıranlar TUTULDU
Özünü məmur kimi təqdim edib dələduzluq edən şəxs HƏBS EDİLDİ
Özünü vəzifəli şəxsi kimi təqdim edən şəxs həbs edildi
Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu
Masallının baş həkimi HƏBS EDİLDİ
Saxta vaksin sənədi yazan vəzifəli şəxslərə cinayət işi açıldı
Bakıda saxta COVID-19 pasportu verən vəzifəli şəxslər İFŞA EDİLDİ
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Rüşvət üstündə həbs olunan baş həkimin şikayəti təmin edilmədi
Bakıda şirkət rəhbərinin qanunsuz əməlləri ifşa edildi
Dələduzluq edən "vəzifəli şəxs" SAXLANILDI
2 milyonluq dələduzluq edən qadının həbsi barədə rəsmi məlumat
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Nazim İbrahimovun qardaşı HƏBS EDİLDİ
Azərbaycanda bu xəstəxananın həkimi HƏBS EDİLDİ
72 yaşlı şirkət rəhbərinə 9 il həbs cəzası VERİLDİ
Azərbaycanda rüşvət alan həkim barəsində cinayət işi açıldı
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs həbs edildi
Həbs edilən xəstəxana direktorundan XƏBƏR VAR
Azərbaycanda şirkət direktoru olan qadın HƏBS EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Nazim İbrahimovun qardaşı məhkəmə qarşısına çıxarılır
Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs yaxalandı
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
YAP Daşkəsən rayon təşkilatının sədrinin bacanağı, məşhur dələduz fırıldaqçı Bəxtiyar İsmayılov 6 il müddətinə həbs edildi.
"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılan var
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü