"Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bir müddət öncə işdən çıxarılan Zamanova Validə Adil qızı Binəqədi Rayon Məhkəməsində şirkətə qarşı iddia qaldırıb. 
O, işə bərpa olunmasını tələb edir. Qeyd edək ki, işə hakim Etibar Mustafayevin sədrliyi ilə baxılacaq.