Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
28-08-2020, 10:32
158

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika nazirləri Pərviz Şahbazov və Nurlan Noqayevin iştirakı ilə videokonfrans keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə ortaq etnik-tarixi köklərə malik, dost və qardaş ölkələr - Azərbaycanla Qazaxıstanın münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından bəhs edilib. Hökumətlərarası Komissiyanın bu münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib.
İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının 2020-ci ilin oktyabr ayının ikinci yarısında keçirilməsi razılaşdırılıb. “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti, həmçinin Qazaxıstan neft məhsullarının Azərbaycana çatdırılması” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ikinci iclasının isə sentyabrda keçirilməsi təklifinə baxılıb.
Videokonfransda “OPEC plus” çərçivəsində əməkdaşlıq və qlobal neft bazarının cari vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Qazaxıstanın Energetika naziri Nurlan Noqayev hazırda neftin bir barrelinin 46 dollara yüksəlməsində OPEC və qeyri-OPEC ölkələrinin həyata keçirdiyi tədbirlərin mühüm rol oynadığını bildirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə deyib ki, “OPEC plus” çərçivəsində qəbul edilmiş qərar hazırkı situasiyada yeganə mexanizm olduğunu sübuta yetirir: ““OPEC plus” razılaşmasının müsbət nəticələri göstərir ki, biz doğru qərar qəbul etmişik. Çalışırıq ki, bundan sonra da öhdəliyimizin 100 faiz icrasına nail olaq”.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətindən irəli gələn digər əməkdaşlıq məsələləri də müzakirə edilib.

Oxşar xəbərlər

Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Qətər Azərbaycana yeni səfir göndərib
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
“Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək”
Şahin Mustafayev baş katiblə görüşdü
Azərbaycan Qazaxıstana nota verdi
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
Əli Əhmədov təcili iclas keçirdi
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
Nyu Yorkda mühüm iclas: Qarabağ müzakirəsi...
Azərbaycan 5G-nin inkişafına dair radiotezlik dəstəyi məsələsini müzakirə edib
Daha 16 Qazaxıstan vətəndaşı ölkələrinə yola salındı
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Ərdoğan danışdı, onlar güldülər
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
Neft ucuzlaşır
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Azərbaycan-Türkiyə sazişi: Güzəşt və üstünlük siyahısına düşən mallar
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb