Kür çayı Xəzərə qovuşdu
28-08-2020, 10:36
197

Kür çayı Xəzərə qovuşdu

Kür çayında suyun səviyyəsi azaldığından Xəzər dənizinin suyunun 40-50 km məsafə boyu Kürə qarışması nəticəsində aşağı axında yerləşən Neftçala rayonunun əhalisi kəskin su problemi yaşayırdı.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, son günlər respublika ərazisinə yağan intensiv yağışlar, Kürə tökülən Türyançay və Göyçay çayından sel keçməsi, bundan başqa, yağışlara görə Kür boyu rayonlarda əkin suyu vuran su nasoslarının dayanması Kür çayında suyun artmasına səbəb olub. Belə ki, artıq Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi 1 metrdən çox, Neftçala rayonunun ərazisində 60-70 sm qalxıb. Bunun nəticəsində Kür çayının suyu bu gün axşam saatlarında çaya dolmuş dəniz suyunu geri itələyərək dənizə tökülüb. Bununla da artıq 3 aydan çoxdur ki, sudan korluq çəkən Neftçala sakinləri Kür suyundan istifadə etməyə başlayıblar.
Xatırladaq ki, bu ilin may ayının sonlarından Kür çayının suyuna dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılmışdı. Mal-qaranın suvarılmasında da ciddi problemlər yaşanırdı. Neftçala rayon əhalisinin istifadəsi üçün içməli su isə hər gün 50 km aralıda yerləşən Salyan rayonundan avtomaşınlarla daşınırdı. Hazırda Neftçala rayonunda analoji problem yaşanmaması üçün "Azərsu" ASC tərəfindən Şirvan-Muğan qrup su kəmərindən qidalanacaq 44 km uzunluqda magistral su xətti də çəkilir. Artıq magistral su kəmərin 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.

Oxşar xəbərlər

Kürün suyu artıb - Rəsmi
İndi də Biləsuvar susuz qalıb
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Çaylarımızda suyun səviyyəsi necədir?
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı
Güclü sel Oğuzda elektrik dirəyini yuyub apardı, meşəni su basdı - VİDEO
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Ölkənin bu bölgələrində su olmayacaq
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident 700 min ayırdı
Salyanda avtomobil aşdı: Xəsarət alan var
İlham Əliyev Şamaxıya pul ayırdı
Prezident bu dövlət qurumuna pul ayırdı
Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? – Dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir...
Suyu krandan doldurub belə satırlar
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
SOCAR-ın idarəsi Neftçala çöllərinə erməni bayrağı düzür – Video
Mingəçevirdə leysan yağdı, illərlə həll olunmayan problemlər yenidən üzə çıxdı - VİDEO
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatdı - Faktiki hava
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
Hansı şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq? - SİYAHI
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı