Əli Həsənovla  Ağabəy Əsgərov  “Azərbaycan”  nəşriyyatının  yerində  “novostroyka”  tikmək istəyir(di) -Ortaqların qanqohumluğu
28-08-2020, 13:28
684

Əli Həsənovla Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının yerində “novostroyka” tikmək istəyir(di) -Ortaqların qanqohumluğu

Əli ilə Ağabəyin qanqohumluğu
Prezidentin sabiq köməkçisi, hazırda Almaniyada ürəyindən müalicə alan ( Allah məsləhət bilsə, şəfa versin ) Əli Həsənovun kimliyi barədə danışmağa ehtiyac yoxdur. 


Bütün cəmiyyət onu tanıyır. 

Bəs Ağabəy Əsgərov kimdir ?

Ağabəy Əsgərov haqqında mərhum siyasətçilərdən biri MÖHÜR-BƏND vurub, yəni möhürünü basıb. Ağabəy Əsgərovun uşaqlığı Sovet-İran sərhəddinə yaxın yerdə keçib. Və “poqranvoyska”da çalışanlarla, yəni sərhədçi ZABİTlərlə qan qohumluğu var. Ona görə də özünü ZABİT-əli aparır. Ağabəy Əsgərovun o boyda nəşriyyatı özəlləşdirməsi, çörək sexi, tort sexi açması, avtoqarajları özününküləşdirməsi və s haqqında dövrü mətbuatda kifayət qədər yazılıb. Təkrara ehtiyac yoxdur. Təsəvvür edirsiniz sovet dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilən, o dövrün ən gözəl və arxitektura binalarından biri olan “Kommunist” nəşriyyatından bu gün “sidik-peşav” iyi gəlir. Niyə ? Axı, son 20—25 ildə Bakının ən xosma binaları yenidən quruldu, daxmalar abadlaşdırıldı və s. Bəs necə oldu ki, dövrünün ən möhtəşəm binası olan Kommunist, indiki Azərbaycan Nəşriyyatı bu günə qaldı? Niyə ? Təsəvvür edin pilləkənlər əyyaşın dişlərinə oxşayır, qırıx-qurux, liftlərə minməyə adam iyrənir, divarlar, otaqlar rüsvayçı gündə. Məqsəd nə idi ? Əli Həsənovla Ağabəy Əsgərov öz aralarında razılığa gəlmişdirlər ki, dövlətin balansında olan bu binanı elə günə qoymalıyıq ki, sökülməkdən başqa variant qalmasın. Bəli, şəhərin ən gözəl yerində yerləşən bu binanı sökmək və yerində möhtəşəm GÖYDƏLƏN ucaltmaq. Və satılan mənzillərin pulu Ağabəy bəyin  və Əli bəyin cibinə girsin. Bax, əsas niyyət bu idi. Atalar pis niyyət adama deyir ki, niyyətin başında çatlasın. Və çatladı. Bir vacib məsələni də qeyd edək. Ağabəy Əsgərovla Əli Həsənovun mənəvi-əxlaqi qohumluğu da var. Bu barədə növbəti yazıda. Növbəti yazıda Ağabəyin sağ əli olan, serjantlıqdan Nəşriyyatın təsərrüfat şöbəsinin müdiri postuna keçən Etibar Hümbətovun əməllərindən bəhs edəcəyik.
[leech=https://gundelik-baku.com/]''GÜNDƏLİK BAKI''-nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com) [/leech]

Oxşar xəbərlər

''Gundelik-baku.com''-un yazısına Ağabəy Əsgərov cavab verdi- Ağabəy Əsgərov həbs oluna bilər
Putin Ağabəy Əsgərova medal verdi
Ağabəy Əsgərov redaktorlara ultimatum verib- “İcarə haqqlarını gəlin ödəyin”
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Prezident İlham Əliyev Cahangir Əsgərovu təltif etdi
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Peşə təhsili sistemində baş verənlərdən Təhsil Nazirliyinin və Korrupsiya İdarəsinin xəbəri yoxdur?
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Əli Həsənov daha bir media rıçaqını itirir
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Yardımlı sakinlərinin səsini eşidən yoxdur... - GİLEY
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
"Əgər bu virus hərbi hissələrə keçsə..." - Ziyafət Əsgərov
Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı
“Zabit Səmədova görə döyüşümüz iki il uzandı”
"Azərbaycanda nə qədər "reket qəzet” varsa, hamısı "Azərbaycan" Nəşriyyatına yığışıb..."
“Rusiya postsovet dövlətlərini işğal altındakı Krımın vəziyyətində görmək istəyir” – Hərbi ekspert
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
“Belarusa qoşun göndərməyə ehtiyac yoxdur” – Putin
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF
Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Zaur Baxşəliyev xəstəxanaya yerləşdirildi
Zabrat-Hacıqabul- Biləsuvar… – Poçt təyyarəsində İrana qaçmış Sovet pilotunun macərası
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?