“ONUN İŞİ-GÜCÜ OĞRAŞLIQDI!..” - Gədəbəyin “komxoz” direktoru ondan şikayət edən zibilyığana qəzəbləndi
28-08-2020, 14:27
225

“ONUN İŞİ-GÜCÜ OĞRAŞLIQDI!..” - Gədəbəyin “komxoz” direktoru ondan şikayət edən zibilyığana qəzəbləndi



Gədəbəy rayonunun Zəhmət kənd sakini Məhərrəmov Vüqar Hümbət oğlu redaksiyamıza video-müraciət edərək, rayonun vəzifəli şəxsləri tərəfindən korrupsiya təhdidinə, təzyiq və təhqirlərə məruz qaldığını bildirmişdir. Onun sözlərinə görə, 1 ildir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən haqqı ödənilən ictimai işə cəlb olunub və aylıq 241 (iki yüz qırx bir) manat təmiz əmək haqqı alır. Lakin, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Zəhmət kəndi üzrə nümayəndəsi Tahir Mirzəyev ondan maaş kartını istəyib və rəsmi əmək müqaviləsi ilə işəgötürən tərəf olan Gədəbəy Kommunal Müəssisələri Kombinatının direktoru Əkbər Kazımovun rüşvət tələbini çatdırıb: İki aylıq məvacibindən onların nəfinə əlini üzməlidir, üstəlik, bir xırdabuynuzlu heyvan verməliir!
Vüqar Məhərrəmov Tahir Mirzəyevlə mübahisəni davam etdirməyin faydasız olduğunu görüb üz tutub Əkbər Kazımovun qəbuluna. Direktor tələbinin üstündə dayanıb: “Verməyəcəksənsə, işləməyəcəksən!” Bu azmış kimi ona qarşı ittiham da irəli sürüb: “Sən hərbi xidmətdə olmayıbsan...” Hansı ki, ictimai işlərə cəlb olunmaq üçün qanunda belə şərt yoxdur.
Məhərrəmovun sözlərinə görə, iyulun 24-də rayon icra hakimiyyətinin başçısının qəbulunda olub. Başçının qəbulundan çıxarkən İcra Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdüri Vüsal Musayevin yanında Əkbər Kazımov RİH-nin inzibati binasının foyesində onu küçə söyüşləri ilə təhqir edib.
Hüquqpozmalara, təhqirlərə məruz qalan vətəndaş Gədəbəy Rayon Polis İdarəsinin rəisi Mehman Həşimovun da qəbulunda olub. Dediyinə görə, rəis ona daim kasıbların arxasında dayandığını desə də, hələ ki, hüquq-mühafizə orqanları qanunsuzluqlara qol qoyan vəzifəli şəxslərin barəsində heç bir tədbir görməyiblər.
Vüqar Məhərəmovun verdiyi başqa bir məlumata görə, Gədəbəy RİH-nin İnəkboğan İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəliyinin sədri Kazımov Şahin İlyas oğlu “komxoz” müdiri Əkbər Kazımovun əmisi oğludur və o da öz növbəsində nəzarət etdiyi ərazidə haqqı ödənilən sosial işlərə gerçəkdən ciddi ehtiyacı olanları deyil, məhz öz qohumlarını cəlb edib.
Xatırladaq ki, əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev hazıki vəzifəsinin icrasına başlayanda Əkbər Kazımovu özü ilə rayona gətirərək Gədəbəy RİH-nin Kommunal Müəssisələri Kombinatına direktor təyin etməsini, birbaşa vəzifəsi ilə əlaqəli olmayan başqa səlahiyyətlər verməsini qınayanlar çox olmuş, Əkbər Kazımovun “komxozun” tabeliyində olan zibilyığanların, xadimələrin maaşlarını “qayçılamaq”, onlardan rüşvət qoparmaq üçün icra nüməyəndələrini özünə tərəf müqabili seçməsi, onları öz maxinasiyalarına şərik etməsi ilə bağlı indiyədək mətbuatda xeyli informasiya yayılıb.
Gədəbəy rayonunun Qaravəlilər kənd sakini Quliyev Vahid Xanbuta oğlunun da dərc olunmuş şikayətinin qayəsini eyni motivlər təşkil edirdi. O da Qaravəlilər kənd İƏD üzrə icra nümayəndəsi Kamran Əliyevin "komxozun" müdiri Əkbər Kazımovun adından rüşvət tələb etdiyindən şikayətlənmişdi.
Qeyd edək ki, Əkbər Kazımov bu vəzifəyə qədər Bakının Qala kəndinin bələdiyyə sədri olub. Hələ o vaxtdan bu adam satrıb, rüşvət almaqda püxtələşib
Vüqar Məhərrəmovun məsələsi ilə əlaqədar zəng vurub Əkbər Kazımovla telefon bağlantısı qurduq.
Kazımov and içdi ki, Məhərrəmov işləmək istəmir, şər-böhtan atır. İcra nümayəndəsi xasiyyətini bildiyindən, onu görəndə gizlənir. Vüqar artıq bir aydı işə çıxmır, iş yoldaşları izahat verib təsdiqləyiblər.
Direktor İnəkboğan ərazi icra nümayəndəliyinin sədri Şahin Kazımovla qohum olduğunu etiraf etdi, lakin Şahinin ünvanına səslənən qohumbazlıq ittihamını qəbul etmədi: “338 nəfər işçim var. Onlar yerlərdəki icra nümayəndəliklərindən işsiz olduqları barədə arayış alıblar. Məşğulluq Mərkəzinin göndərişi ilə Kombinatla müqavilə bağlayıblar. Kim kimin qohumudur – bilmirəm. Kimin işə çıxdığını, kimin çıxmadığını yaşayıb-işlədiyi ərazi icra nümayəndəsi bizə bildirir. Vüqar Məhərrəmovun izahatı var ki, kartım özümdədi, hər ay pulu bankomatdan özü çıxarıb. Gədəbəydə bu məsələdə hər şey qaydasındadı, başqa bütün rayonlarda qanunsuzluqdu.
Əkbər Kazımovdan “Qızıl torpaq”da özü üçün möhtəşəm villanı quru maaşla necə tikdirdiyini də soruşduq. Metropolitenin sabiq rəhbəri Tağı Əhməov kimi cavab verdi: “Hində yaşamalıyam? Otuz-qırx ildi işləyirəm, maldarlıqla məşğul olmuşam. İndi də təsərrüfatım var. Amma onun “Vüqar Məhərrəmov) işi-gücü oğraşlıqı”.
Bu sözündən sonra Əkbər Kazımova ifadələrini seçməyi, yalnız suallarımıza cavab verməsini rica etdik. Əsəbi halda:
- Heç suallarınıza da cavab vermirəm, vəssalam!” – deyib telefonu qapadı. Beləliklə, Vüqar Məhərrəmovun Əkbər Kazımov tərəfindən söyülməsi faktı təsdiqləndi.
Mövzuya qayıdacağıq.


Oxşar xəbərlər

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Neçə icra başçısının başı ağrıyacaq
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Gədəbəydə 2,1 ton narkotik məhv edildi
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
"Azəriqaz"-da nələr baş verir?
Tahir Məmmədovla komandasının korrupsiyası:Daha bir icra başçısı həbs oluna bilər-VİDEO
Bakıda orta aylıq əmək haqqı açıqlandı
Çovdarovla əlaqəli olan iş adamının qaranlıq keçmişi-VIDEO
Polis əməkdaşı qadına qarşı dələduzluq edib? – Foto