Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
28-08-2020, 15:16
170

Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü keçirilib.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Gündəlik Bakı bildirib ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, onlarda liderlik keyfiyyətlərini inkişaf etdirməkdir. İntiqam Babayev qeyd edib ki, hazırki proqramın ən gənc iştirakçısı bu il orta məktəbi bitirib. Çıxışının davamında nazir müavini vurğulayıb ki, keçirilən bu görüşlərin hər birinin ən böyük özəlliyi, müxtəlif sahələrə məsul şəxslərlə gənclərin birbaşa görüşüdür ki, bu da onlarda daha geniş məlumat bazasının yaranmasına və gələcək inkişafları istiqamətində böyük biliklərin əldə olunmasına səbəb olur.
Proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyevin başçılığı ilə aparılan gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlər görüldüyünü bildirib. Komitə sədri gənclərə ölkəmizdəki nümunəvi tolerant və multikultural ənənələrə əsaslanan dövlət-din münasibətləri, mövcud dini durum, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyalar barədə geniş məlumat verib. Ölkəmizdə mövcud olan uğurlu dövlət-din münasibətinlərinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri barədə gəncləri məlumatlandıran Komitə sədri bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. Azərbaycan xalqının Ulu Öndəri ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində xüsusi rol oynayıb. Bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı var. 
Çıxışında cəmiyyətin bütün təbəqələrinin, xüsusilədə gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin vacibliyinu diqqətə çatdıran DQİDK sədri Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıb. Daha sonra proqram iştirakçılarının suallarını cavablandıran Mübariz Qurbanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər

Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Ülvi Mehdiyev: ""ASAN Xidmət"də 22 minə yaxın gənc könüllülük məktəbi keçib"
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Nazir müavini: "Oktyabrın sonuna qədər "Yüksəliş proqramı"nın təqdimatı keçiriləcək"
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı
Naxçıvanda “İstedadlı şagirdlər” adlı albom-kataloq nəşr olunub
"Heydər Əliyev Fondu  ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR
Biləsuvarın yeni icra başçısından maraqlı fotolar
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Milli mətbuatın yaranmasından 145 il ötür
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib