SOCAR-ın ''GÜNDƏLİK BAKI''-ya XAKER hücumu ilə bağlı dövlət qurumlarına müraciət
28-08-2020, 17:05
451

SOCAR-ın ''GÜNDƏLİK BAKI''-ya XAKER hücumu ilə bağlı dövlət qurumlarına müraciət

    Dövlət  Təhlükəsizlik  Xidmətinin Rəisi

   cənab Əli Nağıyevə

   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri

   cənab Ramin Quluzadəyə

                                                                                             


Cənablar!

Bütün dünyada informasiya təhlükəsizliyi Milli Təhlükəsizliyin ən vacib elementidir.

Heç kimə sirr deyil ki, bu gün topdan, raketdən öndə  İNFORMASİYA SAVAŞI  gedir. Bu istiqamətdə kütləvi informasiya vasitələri, media  xüsusi rol oynayır.

Cənablar!

Bütün  sivil dünyada çəkişmələrin  yeganə meydanı ƏDALƏT MƏHKƏMƏSİ-dir.

Biz  müstəqilliyini yeni  əldə etmiş dövlət olaraq hələki keçid dövrünü yaşayırıq. Ona görə də möhtərəm Prezident İlham Əliyev cənablarının təşəbbüsü və iradəsi ilə MEDİA ilə münasibətləri tənzimləmək üçün Mətbuat Şurası yaradılıb.

Yəni  mediadan narazı tərəf  təkzib tələb edə, öz mövqeyinin işıqlandırılmasını istəyə, Mətbuat Şurasına müraciət edə bilər. Və sonda məhkəməyə  müraciət edər.

Bütün bu sivil və mədəni yollar olduğu halda, qeyri-sivil yollara əl atmaq, “razborka”lara   üstünlük vermək, mağara  psixologiyasından başqa bir şey deyil və dövlətimizə, millətimizə başucalığı  gətirmir.

Cənablar !

Son vaxtlar   SOCAR-la  bağlı  yazdığımız araşdırma yazılarına görə,  saytımıza  xaker hücumları dayanmır. Bizə daxi olan məlumata görə, bu haker hücumları SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadə göstərişi ilə xaricdən yönləndirilir.

Cənablar!

Sizdən xahiş edirik ki, bu həm də sizin vəzifə borcunuzdur, saytımıza olan hücumların qarşısını alasınız.

Əgər saytımzla bağlı hər hansı anlaşılmazlıq  baş verərsə, məsuliyyəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onun dayısı oğlu, iş adamı Anar Əlizadə daşıyacaqdır.


 Hörmətlə,''Gündəlik Bakı''-nın baş redaktoru Kamran Məhərrəmli


Oxşar xəbərlər

Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Mətbuat Şurası bu jurnalistlərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Azərbaycan MEDİA-sının qənimi Anar  Əlizadə-''SOCAR''ın pulları necə yoxa çıxır?
Ramin Quluzadə rəisi vəzifəsindən AZAD ETDİ
Milli mətbuatın yaranmasından 145 il ötür
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
İlham Əliyev Bakıya gətirilmiş yeni "London taksi"ləri ilə tanış oldu — Fotolar
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Əli Həsənov mediadan birdəfəlik gedir
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
Bu ölkədə müharibə veteranları üçün mobil danışıq xidməti pulsuz oldu
Prezidentdən Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə tapşırıq
Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi
“Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Bakıda və Abşeroda rəqəmli radionun test yayımı uğurla nəticələndi
Rövnəq Abdullayevin TELİ-nin və  oğlu Rəşadın QOLU-nun  qiyməti-SOCAR prezidenti oğurlanan 1.3 milyon dollarlıq saatı kimlərin üstünə atmadı ?
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Prezidentdən xəbərdarlıq:İşləyə bilməyənlərə qapı açıqdır
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq