Avropa və Amerikada gənclərin əksəriyyəti təhsilini başa vurduqdan sonra şəxsi biznesini qurmağa, öz ideyalarını reallaşdırmağa çalışır. Məsələn, həkim klinika, müəllim lisey, vəkil isə büro açır. Dövlət işində daha çox fərdi bacarığı zəif olan, müəyyən təşəbbüsləri reallaşdırmaqda çətinlik çəkən insanlar çalışır. Bizdə isə vəziyyət bunun tam əksidir. İnsanlar kütləvi şəkildə dövlət müəssisələrinə can atır. Bir çox valideyn övladını tənqid etdiyi məmur postunda görmək istəyir.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanda əksəriyyət kiçik biznes yaratmağa qorxur:
“Bizdə kiçik biznes çox mühüm məsələdir. Çoxu bunu yaratmağa qorxur. Bu gün elə həmin mövzudan danışırdıq. Bizim qeyri-hökumət təşkilatlarından birinin sədri özünə yaxşı biznes qurub, resurs mərkəzi var, arı saxlayır, çaxır düzəldir və bu yolla yaxşı pul qazanıb ailəsini dolandırır. Mən ali təhsili olan kəslərin öz işlərini qurmağa meyl etməsini çox istəyərdim. İndi bunun üçün hökumət tərəfindən kreditlər də verilməyə başlayıb. Sadəcə olaraq bunu elə tənzimləməlidirlər ki, bizim məmurlar sabah onlara “ilişməsinlər”. Başlıca problem budur. Belə bir maneə olmasa, bizim gənclərin çoxu bizneslə məşğul olmaq istəyər. Amma adamın Allahı var, prezident kiçik biznesin inkişafı üçün qanun da çıxarır, sərəncam da verir”.
Hüquq müdafiəçisi vurğulayıb ki, yeni biznesə başlayanlara vergi güzəşti tətbiq olunmalıdır:
“Götürülən pulların məbləğində aşağı faiz ödəsələr, bu, onlar üçün stimul olar. Valideynlər dşüünür ki, övladları məmur olanda işə gedəcək və ona nə tapşırılırsa, onu edib evinə qayıdacaq. Daimi iş olduğu üçün övladlarının məmur olmasını istəyirlər. Amma biznesdə vəziyyət fərqlidir, ona baş işlətmək lazımdır, uğur əldə etmək üçün çox çalışmalısan. Mən bir oğlan tanıyıram, jurnalistdir, ancaq adını deməyəcəm, o, özünə yer alıb, o yeri əkib-becərir, çox da gözəl yaşayır, çünki zəhmət çəkir. Bəli, biznes zəhmət istəyir, amma valideynlər istəyir ki, oğlu getdiyi yerdə başı ağrımasın, elə pul qazansın. Axı bəlkə orada biraz ağıllı olsa, vəzifəsi qalxacaq və oradakı məmurlar kimi pul qazanacaq... Amma onu bilmirlər ki, sabah o pul qazanmaq qurtaracaq. İstəkdən asılı olmayaq Azərbaycanda korrupsiya məsələsi bitməlidir və əvvəl-axır bitəcək. Ona görə də mənim bu gün cavanlara tövsiyəm odur ki, kiçik bizneslə məşğul olsunlar. İnsan gərək, hər şeydə özünü kəşf etsin. Mənim 79 yaşım var. 50 yaşımda bu sektora gəlmişəm. O zaman əlimdə işə düzəlmək üçün hər imkan var idi. Amma mən qeyri-hökumət sektorunu seçdim, yenidən oxudum. 50 yaşım olanda gənclərlə bir yerdə seminarlara gedirdim. O, mənə 50-60 gənc kadr yetişdirməyə imkan verdi. Maşallah, indi hərəsinin bir cəmiyyəti var, yaxşı işlərdə işləyirlər”.
“Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu
28
avqust
20:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
Bakıda saxta pul əməliyyatları ilə bağlı ilginc iddialar
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
“Qonşunun iti olduğunu hardan biləcəklər?” - Natiq Cəfərli
Toylarla bağlı açıqlama
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
Pandemiya məmurların biznesini də çökdürür...
Millət vəkilinin biznes imperiyası böyüyür
“Ramiz Mehdiyev çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun” – SENSASİON AÇIQLAMA
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Bu insanlar xərçəng xəstəliyinə meyillidirlər
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
Həkim baş redaktorla razılaşır: “Maskaların yerə atılması təhlükəlidir”
Kremlə növbəti hədə: Qəzəb, yoxsa "seçki manevri"?
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
“Prezident belə biabırçılığa dözən adam deyil”
“Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm”
Rayonlar “kiçik padşahlar"dan alınır? - Bələdiyyələrin səlahiyyəti artırıla bilər
Donald Tramp xəstə qardaşına baş çəkdi
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar”
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?