Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin ediləcək.
Nazirlər Kabineti bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etməli, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Onlara "Müharibə veteranı" adı veriləcək - SƏRƏNCAM
29
dekabr
17:53

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Baş nazirdən QƏRAR: müharibə iştirakçıları ilə bağlı komissiya yaradıldı
İlham Əliyevdən yeni SƏRƏNCAM
Baş nazir “Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK ETDİ
Əli Əsədovdan Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
Prezidentdən ADPU-nun rektoru ilə bağlı SƏRƏNCAM
Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiqləndi - SƏRƏNCAM
Prezidentdən hərbi qulluqçularla bağlı SƏRƏNCAM
Baş nazirdən dövlət büdcəsi ilə bağlı SƏRƏNCAM
Prezident Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayırdı
Deputatlar toplaşır - 16 məsələ müzakirə olunacaq
Onlar “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
“Yüksəliş” müsabiqəsinə 1 milyon manat ayrıldı
Prezidentdən gözlənilən SƏRƏNCAM - Qarabağda xidmət edən hərbçilərin maaşları artırıldı
İlham Əliyev daha bir sərəncam İMZALADI
İlham Əliyev bu Sərəncamı LƏĞV ETDİ
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək
Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Bu şəxslərin maaşı artırıldı - İlham Əliyevdən sərəncam
Prezident Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən şəxsləri mükafatlandırıb
Prezidentdən Ermənistanın zərər vurduğu obyektlərlə bağlı SƏRƏNCAM
Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi
Prezident bu nazirliyə 7 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Baş nazirdən QƏRAR - komissiya yaradıldı
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
İlham Əliyevdən mühüm SƏRƏNCAM: Bu qurum ləğv edildi
- Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
- Ağsuda yaşayış evi yandı
- İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB
- ABŞ-da "Z" simvolu olan hərbi yük maşınları satışa çıxarıldı
- Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək - FOTO
- Dünyada qadınların girməsinin qadağan olduğu yeganə yer - FOTO
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Türkiyəli fenomenin bacısı SAXLANILDI
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”