Rayonlara gediş-gəlişlə bağlı açıqlama
29-08-2020, 09:33
130

Rayonlara gediş-gəlişlə bağlı açıqlama

Artıq 6 aya yaxındır ki, Azərbaycanda karantin rejimi davam edir. Mart ayından etibarən ölkədə şəhərlər və rayonlar arası gediş-gəliş də dayandırılıb. Bu qadağanın sentyabrın 1-dən aradan qaldırılacağı ehtimal olunsa da, hələlik bu haqda heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə GoranboyGöygöl və Mingəçevir şəhərləri, BərdəXaçmazSamuxSiyəzən və Şəki rayonları da daxil olmaqla, BakıCəlilabad, Gəncə, LənkəranMasallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.
Bəs avqustun 31-dən sonra rayonlara gediş-gəliş bərpa oluna bilərmi? Belə olan halda hansı fəsadlarla üzləşə bilərik?
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rayonlara gediş-gəlişin bərpa olunmasını istədiyini deyib:
“Hansı bölgələrdə yoluxma daha çox olarsa, həmin bölgələrdə karantin rejimini tətbiq etmək olar. Eləcə də, rayonlara gediş-gəlişi sərbəstləşdirmək lazımdır. Xarici ölkələrə uçuşların bərpası məsələsini isə iki ölkə arasında danışıqlara əsasən həll etmək olar. Hesab edirəm ki, həyat yavaş-yavaş əvvəlki ritminə qayıtmalıdır. Nəzərə alsaq ki, koronavirusun vaksini tam ortaya çıxmayıb, deməli, ehtiyatlı davranmalıyıq. Hələ bilmirik ki, vaksinin tətbiqindən sonra virus özünü necə aparacaq. Hesab edirəm ki, ömür boyu izolyasiyada yaşamaq da çətindir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji gərginliklər yarada bilər. Təbii ki, düzgün qərarı Operativ Qərargah verəcək. Operativ Qərargah həm dünyada gedən prosesləri nəzərə almalıdır, həm də Azərbaycandakı epidemioloji vəziyyət ciddi analiz edərək karantin rejiminin yumşaldılması, yaxud da formasının dəyişdirilməsi barədə öz fikirlərini söyləməlidir”.
Məsələ ilə bağlı tanınmış həkim Vasif İsmayıl öz mövqeyini bildirib: “Həm öz adımdan, həm də ”Azərbaycan Həkimləri" İctimai Birliyi adından deyə bilərəm ki, rayonlara gediş-gəlişin açılmasının və bu məsələnin tənzimlənərək, həll olunmasının tərəfdarıyıq. Yəqin ki, Operativ Qərargah virusa yoluxma ilə bağlı statistikaya uyğun olaraq hələlik bu barədə qərar vermir. Əlbəttə ki, təcrid qaydalarının yumşaldılması hər zaman epidemioloji vəziyyətin kəskinləşməsinə gətirib çıxarır. Amma hər yumşalma vahidinin özünün müəyyən şiddəti var. Düşünürük ki, rayonlara gediş-gəlişin bərpa olunması epidemioloji vəziyyəti ciddi şəkildə artırmayacaq. Məncə, ölkədə virusa yoluxma sayı bundan sonra artmasa, bu məsələ ilə bağlı da qərar veriləcək".
Tibb elmləri doktoru Adil Qeybulla da qeyd etdi ki, rayonlara gediş-gəliş mütləq bərpa olunmalıdır: “Hesab edirəm ki, bu qadağanı saxlamağın heç bir əsası yoxdur. Onsuz da insanlar müxtəlif yollarla rayonlara gedib-gəlirlər. Ümumilikdə isə insanlar 6 aydır ki, bu qərarın verilməsini gözləyir. Qadağaların hamısı ləğv edilməli, karantin davranışlarına isə ciddi əməl olunmalıdır”. 

Oxşar xəbərlər

Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Rayonlara gediş-gəliş açılırmı?
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Bu ərazilərdə gediş-gəliş qadağandır - RƏSMİ
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Azərbaycanda bu qadağalar LƏĞV EDİLİR: rayonlara gediş-gəliş... — SİYAHI
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
190 manatın verilməsi başa çatdırıldı
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
Avqust karantinin son ayı olacaq?
Bu gündən kafe və restoranlar açıldı
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Rayonlara gediş-gəlişlə bağlı deputatdan açıqlama: ““Kimliyindən asılı olmayaraq...”
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
İri ticarət mərkəzlərinin açılması ilə bağlı hələ qərar yoxdur