İlham Quliyev redaksiyamıza zəng edərək bildirdi ki,mənim haqqımda saytınızda dərc etdiyiniz məlumatlarda yanlışliqlar var. Dərc etdiyiniz məqalələrdə göstərirsiniz ki, qarşı tərəfə cavab haqqı tanıyırıq. Ona görə də,mən sizə müraciət edərək öz cavab haqqımı saytınızda dərc etməyinizi xahiş edirəm. Mənim barəmdə saytınızda dərc olunan məqalələr həqiqəti əks etdirmir. Ona görə də, ilk olaraq sizə müraciət və rica etdim ki, aramızda məhkəmə çəkişməsi olmadan haqqımda yazılan yazıları siləsiniz. Biz redaksiya olaraq İlham Quliyevin bu fikirlərinə çox hörmətlə yanaşaraq geniş araşdırma apardıq. Dərc olunan məqalələrdə İlham Quliyevin fikirlərinin əsaslı olduğunu və deyilənlərin bir çoxunun həqiqəti əks etdirmədiyinin şahidi olduq. İlham Quliyevin dövlətə, dövlətçiliyə sadiq olması, redaksiyamıza yüksək intellektual səviyyədə müraciət etməsi bir daha sübut etdi ki, onun barəsində dərc olunan yazılar saytdan götürülsün. Biz də öz növbəmizdə İlham Quliyevin bu münasibətini alqışlayırıq, ona işlərində müvəffəqiyyətlər arzulayırıq.