Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
29-08-2020, 10:59
112

Bakıda karantini pozan restoran aşkarlandı, 46 nəfər cərimələndi

Bakının Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polislər tərəfindən tədbir həyata keçirilib. Nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - müsiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.
Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunuraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntisina yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün  6 000 manat cərimə edilib.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

Oxşar xəbərlər

Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi - FOTO
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi
Polis və hərbi qulluqçular Bakı küçələrində nəzarəti gücləndirdi
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
“Araz”, “Bolmart” və “Bazar store”nin sahibləri və işçiləri məsuliyyətə cəlb olundular
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Karantində dəbə düşmüş "toy yalanı" - Bu dəfə "Bakcell"in əməkdaşı restoran sahibini aldadıb...
Maska taxmayan 9 nəfər cərimələndi
Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - VİDEO
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Xaçmazda xüsusi karantin rejimini pozan 14 nəfər cərimələndi
Bakıda birgə reydlər keçirilir