"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
29-08-2020, 13:26
191

"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə

“Həyatda səhvsiz insan olmur. Ombudsman Səbinə Əliyevanın məlum toy hadisəsindən sonra bu günə kimi susqunluğu onun səhvini etiraf etməsi kimi başa düşülməlidir”
Gundelik-baku.com xəbər verir ki, bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlum toy qalmaqalından sonra Ombudsman Səbinə Əliyevanın bəzi mətbuat səhifələrində hədəf olaraq götürülməsinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Səbinə Əliyeva bir ildir ki, Ombudsman təyin olunub: “Onu da nəzərə alaq ki, Səbinə xanım bir il olar Ombudsman vəzifəsinə təyin olunub. Gənc və savadlı kadrdır. Bir il müddətində də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən addımların atmasının şahidi olmuşuq. Qeyd edək ki, Səbinə xanım o toya tək yox, həyat yoldaşı ilə gedib. Bu Azərbaycan mentalitetidir və o həyat yoldaşının dəvəti ilə toyda iştirak edib”.

Çingiz Qənizadə ombudsmanın susqunluğuna da aydınlıq gətirib: “Nəzərə alaq ki, Səbinə xanım bununla bağlı mətbuata özünə haqq qazandıran, cəmiyyəti və jurnalistləri qıcıqlandıran müsahibələr vermədi. Susqunluğu onun peşmançılığıdır. O baxımdan da Səbinə xanımın üzərinə getmək, onun istefasını tələb etmək və mətbuatda müzakirə olunmasının tərəfdarı deyiləm. Səhvsiz insan yoxdur. Hesab edirəm ki, onun bu vəzifədə fəaliyyətini davam etdirməsi üçün ona şans verilməlidir”.

Oxşar xəbərlər

Ombudsman 82 min manata avtomobil aldı
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirir
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
DİM Ombudsmanın məktubuna cavab verib
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Ombudsman Tofiq Yaqubluya baş çəkib
Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib
Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib
Kamran Əliyev parlamentin iclasında: “Baş Prokurorluq cinayətkarlığa qarşı mübarizəni gücləndirəcək”
Deputat açıqladı: “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Xanlar Fətiyevin biznes imperiyası - Foto
“Bakı Metropoliteni”nin idarə rəisi İŞDƏN ÇIXARILDI
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ