Prezident İlham Əliyevin sərəncamı ilə ölkədəki təhsil sistemində bir sıra dəyişiklik edilib. Belə ki, Təhsil Nazirliyində edilən struktur dəyişikliyinə əsasən, İcra Hakimiyyətlərinin tabeliyində olan bağçalar, yenidən nazirliyə qaytarıldı. Deyə bilərik ki, bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduğu zaman əhali tərəfindən bağçalara qəbul zamanı rüşvət tələb edilməsi, yer çatışmazlığı kimi çox sayda şikayətlər olurdu.
Təhsil İnstitunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova bağçalardakı problemlər barədə açıqlama verib.
O bildirib ki, bağçalardakı uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi ilə qəbul onlayn qaydada keçiriləcək:
“Bağçalarda uşaq qəbulu prosesində pul istənilməsi çox xoşagəlməz idi. Amma qeyd edim ki, bu məsələni bütün bağçalara aid etmək olmaz. Hörmətli nazirin dediyi kimi, bu halların baş verməməsi üçün dünya ölkələrində olduğu kimi, bizdə də uşaqların bağçalara qəbulu onlayn sistemlə baş tutacaq.
Yer çatışmazlığı məsələsinə gəldikdə, isə bu proses dövlət sənədləri ilə tənzimlənir. Hər yaş qrupuna qoyulan uşaq sayı aşılmamalıdır. Bəzi bağçalarda məcburiyyət qarşısında bu hədd aşılırdı, amma bu hal baş verdikdə, öz uşaqlarımıza ziyan olur. Çünki bu hallar onlara qayğı və təlimin yüksək səviyyədə tətbiqinə mane olur.
Mən əminəm ki, yeni sərəncamdan sonra bir çox problemlər qaydasına düşəcək. Eyni zamanda, məktəbəqədər təhsildə tədrisin yüksək səviyyədə olması üçün ciddi addımlar atılacaq. Nazir çıxışında dediyi kimi, sadəcə məsələlərin həllini tapması üçün zaman lazımdı”.
Şöbə müdiri qeyd edib ki, bağçalara müəllim qəbulu imtahan nəticəsində seçiləcək:
“Gələcəkdə məktəbəqədər müəssisədə çalışan tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacaq. Bu prosesin nəzarətdə olması üçün də işə qəbul imtahan nəticələrinə əsasən aparılacaq.
Bağçalar İcra Hakimiyyətlərinin tabeliyində olduqda bu o demək deyildi ki, məzmunda onlardadır. Məzmun Təhsil Nazirliyinin tabeliyində idi. Maddi texniki bazasının təminatı İcra Hakimiyyətlərinin tabeliyində olduğu üçün nazirlikdə aparılan yeniliklər bütün bağçalarda tətbiq olunmur. Əsas da müəssisələrin təmiri, tikintisi məsələsi idi.
Məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlayırıq. İnşallah, təxminən iki aydan sonra tam dəqiqliklə təqdim olunacaq”.
Bağçalara qəbulda rüşvətə son qoyulur - PROQRAM HAZIRLANIR
03
yanvar
10:47

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda bağçalara uşaq qəbulu dayandırıldı
Bu uşaq evləri Bakı meriyasında qaldı - Eldar Yunusov nə işlə məşğul olacaq?
Bağçalara işə qəbul dayandırıldı - RƏSMİ
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı açıqlama
Dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildi
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI
İcra Hakimiyyətinin nazirin şirkətinə ayırdığı 390 min manatın aqibəti necə olub?
Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verə biləcək
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Bağçalar bu tarixdən BAĞLANIR
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Aprelin 5-də bağçalar bağlanmayacaq - QƏRAR
Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır - RƏSMİ
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Vətən müharibəsi iştirakçılarının övladlarına güzəşt gözlənilir
Xətaidə uşaq evində rəzalət: Eldar Əzizov məsələyə qarışdı - VİDEO
Uşaq bağçaları da açılır - Bu tarixdən
Niyə bağçalar açıq, məktəblər bağlıdır? - Cəsarət Valehov cavablandırdı
Məktəbəqədər təhsil müəssisələrinin adı dəyişdirildi
“Məmurlar 75 min pulu yeyib...” - NARAZILIQ!
İcra başçısı Ağcabədidə bağçalara “divan tutur” – 200 nəfər işsiz qalıb/siyahı…
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Məktəblərdə ənənəvi təhsil qismən bərpa olunur
Bağçalar sabahdan işləyəcək
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Dünyada qadınların girməsinin qadağan olduğu yeganə yer - FOTO
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- Türkiyəli fenomenin bacısı SAXLANILDI
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Türkiyədə terrorçularla qarşıdurma anlarının görüntüsü yayıldı - VİDEO
- Göyçayda 25 yaşlı oğlan özünü ASDI
- İŞİD-in tanınmış üzvləri ələ keçirildi
- Prokurorluq orqanlarının yaranmasından 105 il ötür
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”