Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
29-08-2020, 18:50
231

Yasda iştirak edən axund və 20 nəfər cərimələndi

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.
Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.
Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Karantin qaydalarına​ əməl etməyən restoran və kafelər aşkarlanıb
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Azərbaycanda daha bir vəzifəli şəxs övladına toy etdi - FOTO
Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - VİDEO
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
“Araz”, “Bolmart” və “Bazar store”nin sahibləri və işçiləri məsuliyyətə cəlb olundular
Karantində dəbə düşmüş "toy yalanı" - Bu dəfə "Bakcell"in əməkdaşı restoran sahibini aldadıb...
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
Qəbələyə istirahətə gələnlər cərimələndi
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Bakı polisi tələbələrin aksiyası ilə bağlı məlumat yaydı
Yas mərasiminə qatılan 17 nəfər saxlanıldı - Fotolar
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Xınayaxdı məclisi təşkil edənlər cərimələndi
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib