2016-cı ildən fəaliyyəti dayandırılmış "Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Prokuror həbsdə olan N.İsmayılova ağır cəza istəyib. Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
N. İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə "Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmişlərdən birinin də tanınmış skripkaçı Ceyhun İsmayılov olduğu deyilir. Məlumata görə, C. İsmayılov Nadir İsmayılova 30 min manat verdiyini iddia edir. Belə ki, skripkaçı banka olan borcuna görə 30 min manat ödənişi N.İsmayılova verdiyini, lakin pulun ödənilmədiyini bildirir.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi. Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu. Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi. Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı. / Musavat.com
Azərbaycanda prokuror bu bankın sahibinə ağır cəza istədi
05
yanvar
13:29

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
“Mən ağıllı adamam, ona görə də imkanlıyam” – “Şərurlu İsfəndiyar”
"Şərurlu İsfəndiyar" 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” alıb - Zaminbank işi
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Prokuror Rasim Quliyevə 6 il həbs cəzası İSTƏDİ
“O mənim 10 milyon manat pulumu mənimsəyib” – “Şərurlu İsfəndiyar”
Bu bankir Şərurlu İsfəndiyara 10 milyon manat "atıb"
Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı
Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istədi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
"Zaminbank"ın həbs edilən sədri ilə "Şərurlu İsfəndiyar"ın qalmaqalı, nazirlərlə görüş - Sensasion məhkəmə işi
Sensasion məhkəmə işi: "Görüşdə Heydərov, Usubov, Qaralov və Abutalıbov vardı..."
Rafael Cəbrayılov məhkəmədə özünü təqsirli bilməyib - 2 milyon 571 min manat dələduzluqda ittiham edilir
Prokuror sabiq icra başçısına 6 il həbs cəzası istədi
Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə 7 il həbs cəzası istədi
Rafael Cəbrayılov “Şərurlu İsfəndiyar”a da pul “atıb”? - Təfərrüat
Vüqar Səfərli bu müddətə azadlıqdan məhrum edildi
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Bu gün "Şərurlu İsfəndiyar"ın məhkəməsi KEÇİRİLƏCƏK
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
Beynəlxalq Bank "Şərurlu İsfəndiyar"ı MƏHKƏMƏYƏ VERDİ
Vüqar Səfərli 18,5 milyon manatı mənimsəməkdə ittiham olunur
“AGBank”da yarım milyonluq mənimsəmə - sabiq deputatın adamları hakim qarşısında
“Azərpambıq ASK”nin sabiq direktoruna hökm oxundu
Rasim Quliyevə 3 illik həbs cəzası VERİLDİ
72 yaşlı şirkət rəhbərinə 9 il həbs cəzası VERİLDİ
Rafael Cəbrayılovun məhkəməsi başladı
Prokuror sabiq icra başçısına 11 il həbs cəzası istədi
Rafael Cəbrayılov 2.5 milyonu kimlərdən alıb? - Keçmiş deputatın QÜRUBU
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Elman Nəsirov: “Aşurada dindarların Azərbaycan bayrağı ilə birlik nümayiş etdirmələri təxribat törədənlərə layiqli cavab oldu”
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- Rusiya Donetskdə yaşayış binasını atəşə tutub
- Minik maşını avtobusla TOQQUŞDU
- Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Xaçmazda müəllimdən məktəb rəhbərliyinə - Ciddi ittiham
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Bu istiqamətində şiddətli döyüşlər gedir
- Vətəndaşların NƏZƏRİNƏ: "Ayıq-sayıq olun!" - XƏBƏRDARLIQ
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də