Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.
Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib: “Meydanda atışma gedir”.
Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.
Ölkədə bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr fonunda fəaliyyətini dayandırıb. Bu barədə “Xabar 24” telekanalı Milli Bankın mətbuat katibi Oljas Ramazanova istinadən xəbər verib.
“Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılmasını və internetdə müvəqqəti fasilələri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat verir”, - Ramazanov bildirib.
O qeyd edib ki, bu tədbir həm də maliyyə qurumlarının əməkdaşlarının və müştərilərinin sağlamlığının və həyatının qorunmasına yönəlib.
“Sputnik Qazaxıstan” isə xəbər verib ki, səhər saatlarında Almatı küçələrində etirazçılar olmayıb. Agentliyin məlumatına görə, şəhərdə çoxlu mağazalar qarət edilib, şüşələr sındırılıb, işıqforlar yerindən çıxarılıb. Qeyd edilir ki, PDM-lər və zirehli maşınlar Almatının mərkəzində talançıları əhatəyə alıb. Məlumata görə, şəhərin küçələrində talançılara qarşı xüsusi əməliyyata başlanılıb. Əməliyyatda güc strukturlarının əməkdaşları ilə yanaşı hərbçilər da iştirak edir.
İğtişaşlar zamanı şəhərə külli miqdarda ziyan dəyib, radikallar inzibati binaları və avtomobilləri yandırıblar. Mağazaların və bankomatlarln şüşələri sındırılıb. Talançılar eyni zamanda şəhərin bir neçə iri ticarət mərkəzini qarət ediblər.
Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb. Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.
Axşam saatlarında Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib. Bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib.
"Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir", - Babakumarov jurnalistlərə deyib.
"Zakon.kz" portalı əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirib.
Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.
Bu arada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:
“Əziz vətəndaşlarımız!
Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasilatı regionu Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri sıxılmış neft qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, etirazlar sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın əvvəlki paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Ölkənin hər yerində internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Qazaxıstanda son vəziyyət: Çox sayda ölü və yaralı var
06
yanvar
10:02

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xankəndi yaxınlığında atışma səsləri eşidilir
İrəvanda silahlı atışma: Yaralanan var
Kabil hava limanında atışma: Ölən və yaralılar var
Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı
Qazaxıstanda silahlı atışma: 2 polis əməkdaşı həlak oldu
Hərbi bazaya HÜCUM: 7 ölü, 25 yaralı
İranda atışma - Polis əməkdaşı qətlə yetirildi
ABŞ-da kütləvi atışma: 2 nəfər ölüb, 13 nəfər yaralanıb
Sərhəddə növbəti atışma - Rəsmi açıqlama
ABŞ-da gecə klubunda atışma: yaralılar var
ABŞ-da atışma oldu - Ölənlər var
Sərhəd bölgəsində baş verən atışma nəticəsində bir erməni hərbçisi öldü – Ermənistan MN
Moskvada atışma: 35 nəfər saxlanıldı
Yerevanda atışma: Bələdiyyə başçıları güllələndi
Qazaxıstan vaksin istehsalına başladı
ABŞ-da atışma olub, ölənlər var
Fransada atışma: 2 nəfər xəsarət aldı
İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma
Qazaxıstanda matəm elan olundu
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
ABŞ-da qanlı toqquşma: Trampın tərəfdarlarıyla əleyhdarları atışdı
İraqda hərbçilərə silahlı hücum oldu - 11 ölü, 8 yaralı
İlham Əliyev və xanımı yaralı hərbçilərlə görüşdülər
“Qara Cümə günü“ ticarət mərkəzində atışma
Qazaxıstanda qaz emalı zavodunun rəhbəri saxlanıldı
Qarabağda ermənilərlə ruslar arasında atışma – Son dəqiqə
“Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
İstanbulda PKK-ya işləyən 10 nəfər tutuldu
Əfqanıstanda atışma: Yeddi uşaq həlak oldu
Hindistanda hərbi düşərgədə ATIŞMA - 4 əsgər öldü, 3-ü yaralandı
- Zəngilanda 1 tondan artıq çətənə məhv edildi
- Mövlud Çavuşoğlu: "Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır"
- "Son 2 həftədə Ukraynanın 5 469 itkisi olub" - Şoyqu
- Qazaxıstan klubu millimizin qapıçısı ilə yollarını ayırdı
- Yeni doğulmuş körpə 150 manata satıldı - Hindistanda
- Bu məmulatlardan istifadə xərçəng xəstəliyi yarada bilir - ŞOK XƏBƏRDARLIQ
- "Bolqarıstandakı səfirliyimiz fəaliyyətini davam etdirə bilməz" - Lavrov
- İran vətəndaşları dövlət sərhədini pozdu - FOTOLAR
- "Anam deyir ki, sarışın xanımlardan uzaq dur" - Serdar Ortaç
- Ukraynanın itkiləri açıqlandı
- Şoyqu Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini açıqladı
- Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?