Redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Kənd Təsərrüfatı Naziri İnam Kərimova və aktualxeber.az-a ünvanlanmış, Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin professor-müəllim heyəti tərəfindən yazılmış yeni müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:
“Cənab Prezident, məlumunuz edirik ki, bir müddət bundan əvvəl (21.09.2021-ci il tarixdə) Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsini tutmaq üçün müsabiqə elan edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nda müsabiqə şərtləri konkret verilmişdir. Həmin təlimatın 1.6.1. bəndində qeyd olunmuşdur ki, kafedra müdiri vəzifəsinə seçkilərdə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Bu qaydalara uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin “Kənd təsərrüfatı texnikası” kafedrasının professoru, texnika elmləri doktoru Q.B.Məmmədov və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası üzrə dosent A.Y.İsayev müsabiqədə iştirak etmişdir.
Namizədlərdən biri Q.B.Məmmədov 1991-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsini adlı təqaüdlə, fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə fəlsəfə doktoru, 2003-cü ildə elmlər doktoru elmi dərəcəsini almışdır. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hal-hazırda ADAU-da “Kənd təsərrüfatı texnikası” kafedrasında professor vəzifəsində çalışır. Q.B.Məmmədov 245-ə yaxın elmi əsərin müəllifidir. Onlardan 72 elmi əsər xarici elmi külliyyatlarda dərc olunmuşdur, o cümlədən 50 elmi məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (Web of Science, Scopus,Thomson Reuters, AGRİS, РИНЦ) daxil olan jurnallarda dərc olunmuşdur, 20-ə yaxın konfrans materialı beynəlxalq e.LABRİRY sistemində olan elmi külliyyatlarda (Türkiyə, İngiltərə, ABŞ, Kanada, Rusiya və s.) aprobasiya kimi dərc edilmişdir. Bunlarla yanaşı 31 patentin, 4 monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin müəllifidir, 17 nəfər yüksək elmi və elmi-pedaqoji kadr (fəlsəfə doktoru və elmlər doktoru) hazırlamışdır. Q.B.Məmmədovun oğlu Böyük Britaniyada Bristol Unversitenin doktorudur, qızı isə Amerika Birləşmiş Ştatlarının İllinoys Ştat Universitetinində magistr təhsili alır. Gənc yaşlarından elmlər doktoru olan Qabil Məmmədov dünya təhsil sistemini yaxından bildiyinə, çevik islahatı bacardığına və reformist bir şəxs olduğuna görə rəhbərlik tərəfindən ona qarşı daim kompleks və qısqanclıq yaranmışdır. Rəhbərlik daim nə vaxtsa onun rektor olacağından qorxmuşdur, ona görə də onun hansısa elmi şuraların üzvü olmasına belə həmişə maneçilik törətmişlər.
İkinci namizəd A.Y.İsayev isə elmdən uzaq bir şəxs kimi tanınır. Onun əsas məşğuliyyəti ticarət olmuşdur. Həmişə yarmarkalarda, müxtəlif bazarlarda ayaqqabı satan bir şəxs kimi tanınır. O, 30 aprel 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində olan N 02.131 Dissertasiya şurasında 05.20.01-Kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini çox aşağı səviyyədə müdafiə etmişdir. Sonra Ali Attestasiya Komissiyasına dəvət olunan Aydın İsayev ekspert şurasında orta məktəb səviyyəsində olan elementar suallara cavab verə bilmədiyinə və işində olan nöqsanlara görə Ali Attestasiya Komissiyasının kollegiyasının 20.02.2007-ci il tarixli (protokol № 07-K) qərarı ilə ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. Lakin sonradan Ali Attestasiya Komissiyasının ekspert şurasına dəvət edilmədən prosedur qaydalar nisbətən pozularaq elementar orta məktəb səviyyəsində savadı olmayan Aydın İsayevə məlum olmayan səbəbdən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Sonradan da bu şəxs “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrası üzrə dosent elmi adı almışdır. Bu kafedra hələ də mövcuddur. Onun dosent diplomu da “Kənd təsərrüfatı texnikası” kafedrasına uyğun gəlmir.
Cənab Prezident, təlimati qaydalara görə bu məsələ əvvəlcə kafedranın iclasında müzakirə olunur. Kafedranın 10.11.2021- ci tarixli iclasında professor Q.B.Məmmədov kafedra əməkdaşlarının müsbət səs çoxluğunu qazandı. Lakin sonra saxta iclas təşkil edən ADAU rektoru İ.H.Cəfərov 17000 manat rüşvət alaraq Mühəndislik fakültəsinin elmi şurasının iclasında (18.11.2021-ci il tarixdə) özünün təzyiqi və iştirakı ilə elementar orta məktəb səviyyəsində savadı olmayan, gördüyü tədris metodiki işlər kafedranın profilinə uyğun gəlməyən İsayev Aydın Yunis oğlunu müdir vəzifəsinə təyin etdi. Rüşvət üçün pulun verilməsində Aydın İsayevin yaxın qohumu, Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid İsmayıl oğlu Yusifov iştirak etmişdir. Bundan başqa Aydın İsayev müzakirələrdən qabaq səs verəcək şəxslərin evlərinə gedib onlara pul belə paylamışdır. Q.B.Məmmədovun elmi-pedaqoji fəaliyyəti haqqında göstəricilər iclasda nə qeyd edildi və nə də nəzərə alındı. Belə ki, sənədlər yoxlanılmalı, göstəricilər dəqiqləşdirilməli və sonra müsabiqəyə və səsverməyə buraxılmalı idi. Çox maraqlıdır, İsayev Aydın Yunis oğlu hansı savadına, hansı dərs deməyinə, hansı elmi-pedaqoji yaradıcılığına və hansı qabiliyyətinə görə Azərbaycan aqrar elmini dünya aqrar elmi tərkibində elmi əsərləri ilə tanıtdıran profeesor Q.B.Məmmədovun hüquqlarını pozaraq kafedra müdiri vəzifəsinə seçilmişdir?
Cənab Prezident, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz kobud rəftarı dözülməzdir. Bunlarla yanaşı məlumunuz edirik ki, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə bilməyən, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi Universitetə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar onlar attestasiyadan keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və Universitetləri tərəfindən Beynəlxalq təhsil sisteminndə və elmində sözünü deyən və tanınan alimlərin əməyi qiymətləndirilmir.
Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetində “Kənd təsərrüfatı texnikası” kafedrasına müdir vəzifəsinə seçkinin keçirilməsində əsasnamənin kobud şəkildə pozulmasını, maddi maraqlar əsasında seçkinin keçirilməsini nəzərə alaraq özbaşınalıqlar barəsində ölçü götürülməsi, professor Q.B.Məmmədovun və ixtisası kafedranın profilinə uyğun gəlməyən A.Y.İsayevin fəaliyyətinin yoxlanılması, saxta seçkinin ləğv edilərək yenidən keçirilməsinin təmin edilməsi, ədalətsizliyə son qoyulması üçün aidiyyəti orqanlara göstəriş verməyinizi Sizdən kollektiv adından xahiş edirik”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
REKTOR 17.000 MANAT RÜŞVƏT ALIB?
06
yanvar
10:12

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rektor ADAU-da hansı işləri çevirir? - İLGİNC İDDİALAR...
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
“Universitetdə Təhsil Nazirliyinin məktubu qulaqardına vurulur” - NARAZILIQ!
ADAU-nun kafedra müdiri vəfat edib
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM
Əli Həsənov da vəzifəsindən azad edilir
GDU-da plagiat qalmaqalı
Kafedra müdiri koronavirusdan vəfat edib
ADAU-nun vəzifəli şəxsinin plagiatlığı - Rektorun ADI HALLANIR...
ADAU-nun “dərsə gəlməyən müəllimlər”i
ADAU-da NƏLƏR BAŞ VERİR? - İTTİHAM
İnam Kərimovun MÜBHƏM "ESTET" SEVGİSİ... - Milyonlar belə yeyilir...
ADAU-da yenə də gizli işlər çevrilir... - İDDİA
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Dövlət Aqrar Universitetində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
ƏDALƏTİN BUMU UNEC? - Rektor keçmiş nazirə "TORBA TİKİB"?
Ramiz Mehdiyev vəzifədən AZAD EDİLDİ
GDU ilə bağlı Ali Attestasiya Komissiyasına MÜRACİƏT OLUNDU - İTTİHAM
İlham Əliyevin bu gün təyin etdiyi icra başçıları kimdir? - DOSYE
İlham Əliyev bu fərmana dəyişiklik etdi
YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin - TAM SİYAHISI
Gəncədə nə qanun var, nə də qayda... - Belə də olmaz axı...
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Fermerlər ölkə rəhbərliyindən kömək istədi - Müraciət...
İlham Əliyev fərman imzaladı
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
ADAU-nun adının hallandığı daha bir QALMAQAL... - BU NƏDİ BELƏ?
ATU-nun kafedra müdiri vəfat ETDİ
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Elman Nəsirov: “Aşurada dindarların Azərbaycan bayrağı ilə birlik nümayiş etdirmələri təxribat törədənlərə layiqli cavab oldu”
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- Rusiya Donetskdə yaşayış binasını atəşə tutub
- Minik maşını avtobusla TOQQUŞDU
- Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Xaçmazda müəllimdən məktəb rəhbərliyinə - Ciddi ittiham
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Bu istiqamətində şiddətli döyüşlər gedir
- Vətəndaşların NƏZƏRİNƏ: "Ayıq-sayıq olun!" - XƏBƏRDARLIQ
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də