Son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58 faiz bahalaşma baş verib.
“Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyildir.
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412) 599-76-00”, - deyə məlumatda qeyd edilib.
Çörək və unun qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
06
yanvar
12:38

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İri un və çörək istehsalçıları müraciət yaydı
Azərbaycanda un və çörəyin qiymətlərinə nəzarət GÜCLƏNDİRİLDİ
Un yenə BAHALAŞACAQ – Bu tarixdən...
Baş nazirdən mühüm QƏRAR: unun qiymətinin artmaması üçün...
Azərbaycanda bu iki məhsul BAHALAŞACAQ
SON DƏQİQƏ! Nazirlər Kabineti qərar verdi: Bu gündən etibarən dayandırıldı
Azərbaycanda çörək bahalaşdı - Yeni qiymət
2022-ci ildə dünyada bahalaşma gözlənilir - VİDEO
Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edildi
Azərbaycanda çörək və un bahalaşacaqmı? - AÇIQLAMA
Azərbaycanda çörək və un bahalaşacaqmı? - Rusiyada güclü qiymət artımı var
Sabahdan çörək bu qiymətə satılacaq - Şirkət rəhbərindən AÇIQLAMA
İrandan Azərbaycana gətirilən 64 ton kartof geri qaytarıldı
"Unun qiymətini bu qədər artırmaq olmaz" - Vahid Əhmədov etiraz etdi
Un bahalaşdı: Süni artım, yoxsa iqtisadi zərurət? - GƏLİŞMƏ
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Ermənistanda ərzaq malları bahalaşdı
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Marketlərdə qiymət artımı başladı - Siyahı
Çörəklə bağlı yeni dövlət standartı TƏSDİQ EDİLDİ
Əli Əsədov qərar İMZALADI
Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı
Azərbaycanda bu ərzaq məhsulları kəskin bahalaşıb
Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI
Bəzi dərmanların qiyməti bahalaşıb - NAZİRLİKDƏN AÇIQLAMA
Nazirlikdən süni qiymət artıran sahibkarlara XƏBƏRDARLIQ
“Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
Çörək əvvəlki qiymətinə qaytarıldı
Azərbaycanda unun qiyməti bahalaşdı
Tarif Şurasından “dərman mafiyası”na XƏBƏRDARLIQ
- Hindistanda qatar qəzasında ölənlərin sayı 294 nəfərə çatdı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- Çavuşoğlu və Hulusi Akar nazir postundan GETDİ
- Türkiyənin yeni müdafiə naziri o oldu
- Türkiyənin yeni XİN rəhbəri kimdir?
- Süleyman Soylunu o əvəz etdi
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Bu gün Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- ABŞ vətəndaşlığı olan şəxs Türkiyədə nazir təyin olundu
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Erməni qadınlara hərbi xidmət üçün bir milyon təklif olunur
- Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!”
- Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”
- Bayden yenə yıxıldı
- NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi
- Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ